Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 68. İdman və həvəskar balıq ovu üçün su obyektlərindən istifadə



Yüklə 324,5 Kb.
səhifə46/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   ...   42   43   44   45   46   47   48   49   ...   71
Maddə 68. İdman və həvəskar balıq ovu üçün su obyektlərindən istifadə

Qoruqlar, balıqartırma və balıqyetişdirmə təsərrüfatları istisna olmaqla, bütün sututarlardan Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət etməklə idman və həvəskar balıq ovu üçün istifadə edilə bilər.



Müvafiq icra hakimiyyəti orqanları göstərilən məqsədlər üçün sututarları və ya onların müəyyən hissəsini ayırmalıdırlar.

Balıqçılıq təsərrüfatlarının təşkili üçün ayrılmış su obyektlərində idman və həvəskar balıq ovu həmin obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə həyata keçirilə bilər.



Maddə 69. Balıqçılıq əhəmiyyətli sututarlarda su obyektləri istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması

Qiymətli balıq növlərinin, su heyvanlarının və bitkilərinin qorunması və artırılması üçün mühüm əhəmiyyətli sututarlarda və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılıq təsərrüfatının xeyrinə məhdudlaşdırıla bilər. Belə sututarların siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.




Yüklə 324,5 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin