Azərbaycan Respublikasının Su Məcəlləsi


XII fəsil. Xüsusi qorunan su obyektlərindən istifadə



Yüklə 324,5 Kb.
səhifə49/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
XII fəsil. Xüsusi qorunan su obyektlərindən istifadə

Maddə 74. Xüsusi qorunan su obyektləri

Xüsusi elmi, tarixi, mədəni, estetik və təbiətqoruyucu əhəmiyyətli su obyektləri xüsusi qorunan su obyektləridir.

Bu obyektlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada toxunulmaz elan edilir.

Xüsusi qorunan su obyektləri müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütövlükdə və ya qismən, daimi və ya müvəqqəti olaraq təsərrüfat fəaliyyətindən çıxarılır.

Xüsusi qorunan su obyektləri respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilir.

Xüsusi qorunan su obyektləri ayrıca təbii ərazi kimi və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş xüsusi qorunan təbii ərazinin bir hissəsi kimi mövcud ola bilər.

Xüsusi qorunan su obyektlərinin aşağıdakı kateqoriyaları müəyyən edilir:


    • Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sularının sahələri;

    • su — bataqlıq yerləri;

    • nadir təbiət landşaftına aid edilmiş axar sular və sututarlar;

    • su obyektlərinin mənbəyinin və mənsəbinin mühafizə zonaları;

    • qiymətli balıq növlərinin kürütökmə və qışlama yerləri;

    • meşələrlə, bitki və heyvanlar aləmi və digər xüsusi mühafizə olunan təbii ehtiyatlarla qırılmaz əlaqəsi olan su obyektləri.

Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi qorunan su obyektlərinin digər kateqoriyaları da nəzərdə tutula bilər.




Yüklə 324,5 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin