Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması
Öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə:
su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi;
suların yağlar, ağac, kimyəvi, neft və digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi;
su yığılan sahələrin, sututarların, qar və buz örtüyünün, buzlaqların səthinin istehsalat, məişət tullantıları, neft məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi;
su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində istehsalat və məişət tullantılarının basdırılması;
suların radioaktiv və zəhərli-kimyəvi maddələrlə çirkləndirilməsi qadağan edilir.
yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə istehsalat və məişət tullantılarının basdırılması. (1, 8)
Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 77—79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər.