Maddə 24. Su obyektlərinin dövlət monitorinqi
Su obyektlərinin dövlət monitorinqi onların vəziyyətində baş verən proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən su mühafizəsi tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədi ilə su obyektlərinin hidroloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarətdir.
Su obyektlərinin dövlət monitorinqi ətraf mühitin dövlət monitorinqi sisteminin tərkib hissəsidir.
Su obyektlərinin dövlət monitorinqi müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.
Dostları ilə paylaş: |