Azərbaycan Respublikasının Su Məcəlləsi


Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması



Yüklə 324,5 Kb.
səhifə56/71
tarix01.01.2022
ölçüsü324,5 Kb.
#105113
1   ...   52   53   54   55   56   57   58   59   ...   71
Maddə 84. Su obyektlərinin çirklənməkdən və zibillənməkdən qorunması

Öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə:



    • su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi;

    • suların yağlar, ağac, kimyəvi, neft və digər istehsalat məhsullarının texniki və texnoloji nasazlıqdan axması nəticəsində çirkləndirilməsi və zibilləndirilməsi;

    • su yığılan sahələrin, sututarların, qar və buz örtüyünün, buzlaqların səthinin istehsalat, məişət tullantıları, neft məhsulları ilə çirkləndirilməsi və zibilləndirilməsi;

    • su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində istehsalat və məişət tullantılarının basdırılması;

    • suların radioaktiv və zəhərli-kimyəvi maddələrlə çirkləndirilməsi qadağan edilir.

    • yeraltı suların, təsərrüfat və içməli sututarlarının olduğu ərazilərdə istehsalat və məişət tullantılarının basdırılması. (1, 8)

Su obyektlərinə tullantı suların axıdılmasına bu Məcəllənin 77—79-cu maddələrində nəzərdə tutulan tələblərə riayət edilməklə yol verilə bilər.


Yüklə 324,5 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin