Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı: Turizm Fidan Mehdiyeva unec sabah azerbaijan State Economic University may 2018



Yüklə 293,24 Kb.
səhifə2/27
tarix10.01.2022
ölçüsü293,24 Kb.
#106270
1   2   3   4   5   6   7   8   9   ...   27

















Mündəricat



Turizm son illərdə istirahətin ən geniş yayılmış növüdür. Turizm yalnız istirahət üçün deyil, həmçinin din, müalicə, iş məqsədləri üçün də istifadə olunur. Əvvəllər turizm geniş yayılmış bir sektor olmasa da, sonralar, yəni İkinci Dünya müharibəsindən və texnologiyanın inkişafından sonra bütün dünyada qlobal dərəcədə yayılmış bir sahəyə çevrildi. Artıq turizm hər bir insanın həyatının bir parçasına çevrilmişdir. Azərbaycanda da turizm qədim tarixə malik bir sahədir. Bunu biz indi də əyani şəkildə görə bilərik. Belə ki, əsrarəngiz təbiətə və qədim tarixə malik olan bir ölkədə turizmin inkişaf etməsi labüd haldır. Burada olan qədim tranzit layihələri və ticarət yolları turizmin qədimdən inkişaf etməsinə təkan vermişdir. Respublikamızda turizm sektorunun əsas inkişaf dövrü müstəqillikdən sonrakı dövrə təsadüf edir. Belə ki, son illərdə turizm prioritet sahə hesab olunaraq inkişafı üçün müxtəlif dövlət proqramları qəbul olunmuşdur. İldən-ilə dövlət və xarici investisiyaların miqdarı artmaqdadır.

Giriş

Turizm dünyada ən gəlirli və perspektivli sahələrdən hesab olunur. Turizm iqtisadiyyatın bir sahəsi olmaqla ən geniş və sürətlə inkişaf edən sektordur. Hal-hazırda bu sahə dünya üzrə ÜDM-un 9%-ni, ixracın isə 6%-nı təşkil edir.1 Turizmin sürətli inkişaf xüsusiyyətinə malik olması onun sosial-iqtisadi tərəqqidə əhəmiyyətli yerə sahib olmasına səbəb olmuşdur. Bu özünü yeni iş yerlərinin açılmasında və yeni infrastrukturların tikintisində özünü göstərir. Turizmin inkişafı, həmçinin ayrı-ayrı regionların da inkişafı deməkdir. Turizm sahəsində Azərbaycanın rəqabət imkanları həddindən artıq yüksəkdir. Zəngin təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq yolunda mühüm zəmindir. Son illərdə Azərbaycan Respublikası turizmi qeyri-neft sektoru kimi prioritet sahə seçmişdir. Bu sahədə qəbul olunan proqramlar, edilən islahatlar milli turizmimiz dünyada tanıtmağa kömək olmuşdur. Lakin, bu sahədə bəzi problemlər də mövcuddur ki, onlar və onların həlli haqqında mövzumuzda danışacağıq.

Onu da qeyd etmək olar ki, Azərbaycan xalqının rifahı yaxşılaşdıqca turizm sahəsinə olan meyil daha da artır. Artıq Azərbaycanda xaricə çıxan turistlərin sayı günü-gündən artır. Lakin, hər bir turistin istək və arzularını yerinə yetirmək üçün peşəkar kadr potensialına da ehtiyac duyulur. Həmin kadrların yetişdirilməsi Azərbaycan üçün vacib məsələlərdəndir.

İnternet bu sahədə turizm müəssisələrinin ən böyük yardımcısıdır. Onun sayəsində turizmin sürətli, dinamik inkişafı təmin olunmuşdur. Bütün bu kimi məsələlər haqqında mövzumuzda ətraflı danışacağıq.




Yüklə 293,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin