Turizmin sosial modeli
Bildiyimiz kimi, turizm sahəsində infrastrukturların sayı artdıqca, işsizlər işlə təmin olunur. Bu o deməkdir ki, bəzi sosial məsələlər öz həllin tapır. Turizmin sosial modeli də məhz buna əsaslanır. Turizmin inkişafı öz bəhrəsini həm kənd təsərrüfatına, həm də nəqliyyata da verir.
Turizmin inkişafında səmərəli yerləşmə
Turizmin səmərəli yerləşmə modeli bəlkə də modellər arasında ən vacib olanlardan sayılır. Çünki, turizm sektoru ərazi üzrə inkişaf yolu keçirir. İqtisadi səmərə də məhz bu yol ilə əldə olunur. Belə ki, turizm müəssisələri sərhədlərə, nəqliyyat yollarına, ucuz resurslara daha yaxın yerləşdirilir.
Resurs modeli
Müxtəlif ölkələr turizmin inkişafına yönəlmiş fərqli resurslarla təmin olunmuş ola bilər. Azərbaycan Respublikasında da turizmin inkişafı üçün vacib olan resurslar mövcuddur.
Azərbaycan Respublikasının qədim tarixi abidələri, müxtəlif mənzərəli guşələri və s. bu resurslardan sayılır.
Dostları ilə paylaş: |