Planlaşma modeli 2 hissədən ibarətdir:
Strateji planlaşma
Marketinq planlaşması
Strateji planlaşmada dövlət siyasəti vacib rol oynayır. Marketinq planlaşmasıda isə turizm məhsulu və ona xas olan xarakteristikalar əsas götürülür. Marketinq planlaşması turizm təşkili üçün əsas rol oynayır və tələb-təklif əyrisi ilə qiymətləndirilir.
Hər bir sahədə olduğu kimi, turizm sahəsində də onun inkişafı üçün əsas olan müəyyən amillər vardır. Bu amillərə aşağıdakıları misal göstərmək olar:
1)Təbii və yaxud coğrafi amil (ərazi mövqeyi)
2)iqlim şəraiti amili
3)turistlərin miqdarı
4)investisiya potensialı
5)turizm potensialı
Təbii ki, bu amillərin olması tuizmin inkişafı demək deyildir. Bu amillər düzgün şəkildə təşkil olunduqda turizmin inkişafına nail olunur. Deməli, turizmin inkişafı turizmin təşkili adlandırılan amildən də asılıdır. Turizmin təşkili amili dedikdə isə, xidmət, informasiya, müxtəlif turizm infrastrukturlarının və müəssisələrinin təşkili nəzərdə tutulur.