Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı: Turizm Fidan Mehdiyeva unec sabah azerbaijan State Economic University may 2018


Azərbaycanda turizmin regional yerləşmə xüsusiyyətləri



Yüklə 293,24 Kb.
səhifə17/27
tarix10.01.2022
ölçüsü293,24 Kb.
#106270
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
Azərbaycanda turizmin regional yerləşmə xüsusiyyətləri

Azərbaycanda turizmin inkişafı üçün lazım olan potensial resurslar kifayət qədərdir. Respublikamızda qeyri-neft sektoru sahələrindən olan turizm inkişaf etmişdir və ölkəmizin gəlirində əsaslı yer tutur. Lakin digər ölkələrdən Azərbaycana gələn turistlərin sayı olduqca azdır. Bu sahədə müxtəlif islahatlar və tədbirlər həyata keçirilməkdədir. Məsələn, ölkəmizdə dünya standartlarına cavab verən otellərin sayı günü-gündən artmaqdadır.

Regionlarda turizmin inkişaf etdirilməsi prioritet məsələlərdən sayılır. Azərbaycan Respublikasında özünəməxsus inkişaf xüsusiyyətlərinə görə, coğrafi şəraitlərinə görə, resurslarının müxtəliflyinə görə, perspektivlərinə görə səkkiz turizm regionu mövcuddur ki, onlar da aşağıdakılardır:

  1. Abşeron-Bakı turizm regionu;

  2. Quba-Xaçmaz turizm regionu;

  3. Dağlıq Şirvan turizm regionu;

  4. Gəncə-Qazax turizm regionu;

  5. Lənkəran-Astara regionu;

  6. Naxçıvan turizm regionu;

  7. Şəki-Zaqatala turizm regionu;

  8. Qarabağ turizm regionu.

Bu turizm regionları arasında ən çox inkişaf edəni Bakı-Abşeron turizm regionu sayılır. Xəzər dənizi sahilində, əlverişli coğrafi şəraitdə yerləşən bu iqtisadi rayonda bir çox idman və əyləncə mərkəzləri, o cümlədən sağlamlıq mərkəzləri, turizm təşkilatları fəaliyyət göstərir. Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Novxanı kimi narın qumlu çimərliklərə sahib olan ərazilərin hamısı turizm baxımından əhəmiyyətli sayılan yerlərdir. Bakı şəhərində dünyaca məşhur olan çoxlu sayda otellər şəbəkəsi mövcuddur ki, onlara misal olaraq, “Radisson SAS Plaza Hotel”, “Park Hyatt Hotel”, “Excelsior Hotel” şəbəkələri və s. göstərmək olar. Bundan başqa, İçəri Şəhərin tarixi memarlıq abidələri də diqqəti cəlb edən məqamlardan hesab olunur. Buradakı abidələr öz qədimliyin saxlayaraq yenidən bərpa olunmuşdur. Buxara və Multani kimi adlanan karvansaralar turistlərin daha çox ziyarət etdiyi yerlərdəndir. Abşeron-Bakı turizm regionu öz qoruqları ilə də məşhurdur. Belə ki, bu regionda “Qobustan Dövlət Qoruğu”, “Altıağac Milli Parkı” və “Cənnət Bağı” istirahət zonası yerləşir. Müasir idman kompleksləri də öz növbəsində turizmin inkişafına təkan verirlər.


Yüklə 293,24 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin