Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı: Turizm Fidan Mehdiyeva unec sabah azerbaijan State Economic University may 2018



Yüklə 293,24 Kb.
səhifə20/27
tarix10.01.2022
ölçüsü293,24 Kb.
#106270
1   ...   16   17   18   19   20   21   22   23   ...   27
Gəncə-Qazax turizm regionu

Bu turizm regionu Azərbaycan Respublikasının qərb hissəsində yerləşir və çox əlverişli iqlim şəraitinə malikdir. Region, əsasən, istirahət və müalicə turizmi üzrə ixtisaslaşmışdır. Dağ-meşə iqlim şəraitinə mənsub olan Gəncə-Qazax regionu mineral sularla zəngindir. İmamzadə tikililər kompleksi, Cümə məscidi, Məşhur Nizami Gəncəvinin məqbərəsi və s. tarixi yerlərin olması turizmin inkişafını təmin etmişdir. Azərbaycanda məşhur olan, dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşən Göygöl, məhz burada yerləşir. Onun ətrafında olan Göygöl və Hacıkənd istirahət zonaları turistlərin tez-tez gəldiyi məkanlardan sayılır. Həmçinin, bu ərazidə Göygöl Dövlət Qoruğu salınmışdır. Dünyaca məşhur olan “Naftalan” kurortu müalicə baxımından olduqca əhəmiyyətli sayılır. Gəncə-Qazax turizm regionu qədim insanların yaşadığı ərazilərdəndir. Bu baxımdan “Aveyadağ” mağaraları turistlər üçün maraq doğuran yerlərdən hesab olunur. Müxtəlif müasir otellər kompleksi də buraya gələn turistlərin sayını artıran səbəblərdəndir.


Yüklə 293,24 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin