Bakı-Astara turist marşurutunun üzərində yerləşən Lənkəran-Astara turizm regionu şərq tərəfdən Xəzər dənizi ilə əhatə olunmuşdur. Iqlimi olduqca əlverişlidir, belə ki, subtropik iqlim qurşağında yerləşir. Bu region İran İslam Respublikası ilə həmsərdəd olduğuna görə iki dövlət arasındakı əlaqələrin genişlənməsində böyük paya sahib olmuşdur. Bir çox istirahət mərkəzləri və turizm obyektlərinə sahibdir ki, onlar da aşağıdakılardır:
“Qafqaz”, “Qala”, “Sərhəd” otelləri
“Xanbulan” istirahət mərkəzi və “Hirkan moteli”
Astarada “Min bir gecə” istirahət ocağı
“İstisu” sanatoriyası və s.
Bu istirahət zonalarının hər biri hər il turistlə zəngin olur. Hirkan Dövlət Qoruğu və Qızılagac Milli Parkı da bu regionda yerləşir. Zəngin flora və faunaya malik olan bu regionda da turistlərin sayı gündən-günə artır. Subtropik iqlimə malik olması onu da fərqli edir, burada Azərbaycanın digər regionlarında olmayan fərqli meyvə və tərəvəzlərə rast gəlmək mümkündür. Son illərdə Lerikdə dağ turizminin da inkişaf etməsi turistlərin sayında böyük artıma səbəb olmuşdur. Lənkəranda müxtəlif kurort-istirahət zonaları da fəaliyyət göstərməkdədir.