Turizmin makroiqtisadi inkişaf modelində turizmin ümumi iqtisadi artımdaki rolu müəyyənləşdirilir. Turizmdə inkişaf əldə etmək üçün turizm siyasəti təyin olunur. Sosial-iqtisadi perspektivlər qiymətləndirilir.
Regionda turizmə məxsus olan müxtəlif infrastrukturların yaradılması və müxtəlif regionlarda yerləşən əhalinin həyat səviyyəsinin yüksəldilməsi bu modelin xarakterik xüsusiyyətidir. Resursları iqtisadi dövriyyəyə cəlb etmək əsas məqsədlərdən biri hesab olunur