Burada əsas məqsəd turizmin müxtəlif növlərinin düzgün təyinatını aparmaqdır. Hansı sahədən nə qədər gəlir əldə edildiyini müəyyənləşdirmək turizmin sahə modelinə məxsus xüsusiyyətdir.
Turizmin gələcəkdə hansı inkişaf səviyyəsində olacağını proqnozlaşdırır. Bu sahədən gələ biləcək gəlirlər hesablanır. Bu zaman ölkənin resurs imkanları da nəzərə alınmalıdır. Bu modeldə uzunmüddətli dövr üçün nəzərdə tutulan turizm inkişafı qiymətləndirilir. Proqnozlar iki yerə bölünür: aktiv proqnozlar və passiv proqnozlar. Həmçinin bu modelin də iki növü vardır: statistik və dinamik proqnoz modelləri.