Bildiyimiz kimi bazarda iki əsas qüvvə rol oynayır. Onlardan biri tələb, digəri isə təklifdir. Turizmin bazar modeli də bu iki qüvvəyə əsaslanır. Burada təklifə turistlərin sayı, seqmenti, alıcılıq qabiliyyəti və digər xaralteristiklar daxildir. Tələb və təklif isə bir-biri ilə tarazlaşmalıdır. Bazara çıxarılan xidmət turizm bazarının əsas ölçü vahidi hesab olunur.
Bu model adından da göründüyü kimi turizm sahəsindən əldə olunan gəlirlər və xərclərə əsaslanır. Yəni, turizmin inkişafı gəlirlər xərclərdən daha artıq olduqda müsbət qiymətləndirilir.