Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən göstərilən internet, xüsusi rabitə və simmetrik rəqəmsal portdan istifadə xidmətlərinin tarifləri barədə



Yüklə 8,4 Kb.
tarix03.12.2018
ölçüsü8,4 Kb.
#85410

“Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 sentyabr 2009-cu il tarixli
5 nömrəli Qərarına dəyişiklik edilməsi barədə

QƏRAR № 6

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
Q Ə R A R №06
Bakı şəhəri,                   24 noyabr 2011-ci il
Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 sentyabr 2009-cu il tarixli 5 nömrəli Qərarına dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Bakı Metropolitenin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 sentyabr 2009-cu il tarixli 5 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin “Tarif, qəpiklə” sütununda “15,0” rəqəmi “20,0” rəqəmi ilə əvəz edilsin.
2. Bu qərarın subyektin təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi, sərnişindaşıma xidmətləri sahəsində səmərəli fəaliyyətin təşkili məqsədilə Şuranın müəyyən etdiyi iclaslarda xidmət göstərən subyekt tərəfindən hesabat təqdim edilsin.
3. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                       Şahin Mustafayev







Yüklə 8,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin