Tədqiqatın elmi yeniliyi. Dissertasiyada ilk dəfə olaraq Azərbaycan dilində pedaqogika terminologiyası kompleks şəkildə tədqiq olunmuşdur. Azərbaycan dilində pedaqoji terminologiyanın təşəkkülü, formalaşması və inkişafı məsələləri araşdırılmışdır. Azərbaycan dilində pedaqoji terminologiyanın tərkibi dəqiqləşdirilmiş və bu tərkib vahidlərinin müxtəlif meyarlar üzrə təsnifi nəzərdən keçirilmişdir. Tədqiqatda pedaqoji termin yaradıcılığı məsələləri ümumi termin yaradıcılığı kontekstində araşdırılmışdır. Tədqiqat işində Azərbaycan dili pedaqoji terminologiyasının yaranma üsulları, mənbələri, nizama salınması, unifikasiyası məsələləri ilk dəfə tədqiq edilmişdir.