Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə109/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   102   103   104   105   106   107   108   109   110
KİTABLAR, RƏYLƏR

Doç. Dr. Rövşən ƏLİZADƏ

İstanbul Aydın Universiteti, Fən Ədəbiyyat Fakültəsi,

Türk dili və ədəbiyyatı bölümü.
KAZIM YETİŞ’İN “ROMANÇI OLARAQ SƏMİHƏ AYVERDİ”

ADLI ƏSƏRİ ÜZƏRİNƏ
Araşdırmacı Prof. Kazım Yetiş’in 2016-cı ilin yanvar ayında İstanbul’dakı Hülbə yayın evi tərəfindən çap olunan “Romançı olaraq Səmihə Ayverdi” adlı kitabını oxumağa başlarkən, öncəliklə tədqiqatçının özünəməxsus üslubunu və dərin elmi analizlərini müşahidə edirik.

Kazım Yetiş, əsərinin başlanğıc sayılan “Təqdim” hissəsində XX-ci əsrdə türk ədəbiyyatına möhürünü vuran usta roman yazarlarından (Xalid Ziya, Xalidə Ədib Adıvar, Yaqub Qədri Qaraosmanoğlu, Rəşad Nuri Güntəkin, Peyami Səfa, Əhməd Həmdi Tanpınar, Kamal Tahir) bəhs edir, bu roman ustalarının xüsusilə üçünün (Xalidə Ədib, Yaqub Qədri və Rəşad Nuri) gələnəksəl kültürü qəbul etmədiklərini və hətta bu gələnəksəlliyi zaman zaman tənqid və istehza hədəfinə çevirdiklərini qeyd edir. Daha sonra təqdim hissəsində Səmihə Ayverdi’nin ard arda yazdığı romanlar və hekayə kitabları ilə gələnəği yaşatmaq istədiyini vuğulayan müəllif, S.Ayverdi’nin modernist bir yazar olmadığını, onun klassik kültürün modern həyatta da yaşaya biləcəyini isbat etdiyini yazır. Səmihə Ay­verdi’nin romancılığı ilə romancı olarak Ayverdi’nin fərqli olduğunu önə sürən araştırmacı, yazarın əsərlərindəki qurğuda2 funksionallaşmaq və ya izah edilmək istənənin qurğuya görə şəkil qazandığını düşündüyü üçün romanları ayrı ayrılıqda təhlil süzgəcindən keçirmişdir.

Kazım Yetiş’in “Təqdim” hissəsindən məlum olur ki, Səmihə Ayverdi romanları ilə insanlara və ya topluma müəyyən davranış şəkillərini təlqin edir. Araşdırmacı Fulya Bayraktar’ın fikirləri də bilavasitə bu xüsusun detallarına işıq salan fikirlərdəndir deyə bilərik: “Ayverdi’nin əsl mövzusu “insan”dır. İnsanın yer üzündəki tapınılma qayəsi, özünü idrak etməsi, dil, tarix, din şüuru, milli, dini və insani heysiyyətləri onun təməl məsələləri və öncəlikləri olmuşdur” (1, 30). Və bu xüsusu arxa plana keçirtməmək gərəkdiyini qeyd edən K. Yetiş, türk romanlarının təməlində bu özəlliyin olduğunu varsayır: “Yazarlarımız, daha doğrusu romancılarımız inandıkları, düşündükləri, olmasını istədikləri bir qəlib anlayış, düşüncə və yaşayış şəkillərini bizə bəlli etmək istəməkdədirlər. Bir kə­rə­lik bu, bütün romancılar üçün keçərlidir. Türk ədəbiyyatında müəyyən anlayış, düşünüş və inanış şəkillərini təlqin etməyən, romanları yolu ilə topluma yeni bir şəkil vermək istəməyən romancımız həmən yox kimidir” (3, 8). Bu fikirlərdən əlavə müəllif, çox kəz bu duruma edildiyi kimi “tezisli” damğasını vurmaqdan vaz keçdiyini də yazmaqdadır. K.Yetiş bu mərhələdə Səmihə Ayverdi roman­larına dair daha dəqiq ifadələr işlədir, onun yaradıcılığında türk kültür mirasına sahib çıxıldığını və “tezisli” damğasının haqsızlıq olduğunu qeyd edir.

Araşdırmacı K.Yetiş, əsərində Ayverdi’nin türk kültür dəyərlərini incələ­məklə qalmadığını deməklə, eyni zamanda bu dəyərlərə yaşama imkanı qazan­dırdığını özəlliklə vurğulayır. Və müəllifin verdiyi bilgilərdən aydın olur ki, ya­zarın əsərinə yansıtdığı qəhrəmanların önəmli bir qismi ətrafından alınmış insan­lardır. Mövzu olaraq isə türk ədəbiyatının ən ümdə temalarından biri təsəvvüf sayılmaqdadır və bunu K.Yetiş “Giriş” hissəsində öncəliklə xatırladır və xüsusa dair belə yazır: “Bu dövr şeri mayasında təsəvvüf anlayışının minlərlə təzahü­rünü saxlayır. Üstəlik bu, heç bir zaman bir fəlsəfə, bir dünya görüşü və təbliğat materyalı olaraq deyil, bilavasitə insanın varlıq izahı şəklində qarşımıza çıxır. Əhməd Yəsəvi’dən Hacı Bayram Vəli’yə, Yunus’a; Nesimi’dən Füzuli’yə, Şeyx Qalib’ə uzanan cizgidə bu hər zaman belədir. Şairlərimiz bu və ya digər şəkildə təsəvvüfi kültürü əks etdiriblər. Bu nöqtədə təsəvvüfün nə olduğu sualını ver­mək lazım olacaqdır.” (3, 13).

Yuxarıdakı fikirlərindən və sualından sonra araştırmacı təsəvvüfün Səmi­hə Ayverdi’nin baxışındakı yerinə dair diqqət yönəldir. Ve qeyd edir ki, bu möv­zu müstəqil bir çalışma istəyən bir məsələdir. Araşdırmacı Səmihə Ayver­di’nin Fatih Sultan Mehmet’in Ağşəmsəddin’in təhsilinə girməsi, təsəvvüf tərbi­yəsi alması səbəbiylə bəzi müəyyənləşdirmələrlə yetindiyini vurğilayır. Buna dair Səmihə Ayverdi’dən gətirdiyi bir sitatı – “İslamda təsəvvüf, sadəcə quru bir nəzəriyyə deyil, bir aksiyon, bir yaşama və həyat tərzidir” fikirlərinə əlavə edən araştırmacı, yazarın fikrinə önəm verir və bu sitat-fikri bir aksioma olaraq qəbul edir. S.Ayverdi’nin başqa bir məqaləsindən digər bir sitatı irəli sürən və bu sitata istinadən “Bu nöqtədən baxılınca əski türk toplumunda kifayət qədər örnəyini gördüyümüz bu analyışın günümüz Türkiyə’sinə daşınması fəaliyyətidir Ayver­di’nin romanları” (3,14) fikrini qeyd edən K. Yetiş, bununla da təsəvvüfün son dərəcə qucaqlayıcı bir anlayış olduğu qənaətilə razılaşır.

Səmihə Ayverdi’nin bütpərəstlik dövrünə qədər gedən “Eşq budur” adlı romanını incələyən K.Yetiş, romandakı saf və başlıca obrazlardan olan Məryə­min xalası və əmisi oğlunun ona olan eşqinə qarşılıq verə bilməməsinə diqqət çəkir və Məryəmin həqiqi bir eşqi tapması üçün bir mürşüdə ehtiyacı olduğunu qeyd edir. Sonucda Məryəmin Bizans elçisindən xilas olması üçün kral tərəfin­dən özü ilə evləndirilən Həmzə, onu bir mürşüdə aparır. Bu mürşüd Yusifdir. Bu əsərdəki təsəvvüf məsələlərinin bütpərəst bir dünyada və üstəlik real həyatın olayları içərisində dilə gətirildiyinə diqqət çəkən müəllif, bu olaylardan çıxış edilərək Məryəm`in, hətta Həmzə`nin özünü tapmalarının təmin edildiyini yazır. Söz konusu aşiq və məşuqun sonunun Leyli ilə Məcnunun sonu kimi olduğunu vurğulayan K.Yetiş, əsər mövzusunun əsrlərdir gurlayaraq axıb gələn böyük gə­lə­nəyin, gündəlik olayların işığı və atmosferi çərçivəsində verilməsini ön planda tutur. Bu xüsusa dair müəllifin ortaya qoyduğu argument də məntiqlidir. Müəl­lifə görə, 1938-ci ildə bir yazarın “nazil” olub vəhdət elminin, bilinən adıyla təsəvvüfün ən incə nöqtələrini, yəni İslam`ın təməlini, cövhərini, ən üst səviyyə­dəki idrakını anlatması və bu prossesin hər hansı bir təbliğat və reklama ehtiyac duyulmadan gerşəkləşməsi önəmli bir nüansdır. Ayverdi`nin ələ alınan bu əsə­rindəki dil və məzmununun dövründəkindən çox fərqli bir şəkildə təcəlli etdiyini qeyd edən müəllif, “Əlbəttə olayın keçmiş yüzilliklərdə cərəyan etdiyini unut­muruq. Fəqət edilən izahlar, şərhlər, dəyərləndirmələr çox yeni və içində yaşa­dığımız dövrdür” (3, 15) deməkdədir.

K.Yetiş Səmihə Ayverdi`nin 1939-cu ildə işıq üzü görən “Batmayan gün” romanında, keşmiş əsrlərdə gündəmdə olan Yusif’in bu romanda dövrünü ya­şayan Kərim olaraq qarşımıza çıxdığını qeyd edir. Bu romanda Kərim bəyin hə­kim olduğu anlaşılır. “Halbuki toplumun ruh həkiminə ehtiyacı vardır. Bilava­sitə bu nöqtədə mürşıd Kərim bəy qarşımıza çıxır. Keçmiş dövrlərdə edildiyi kimi bir mürşidin hər hansı bir mənkibəsini və hətta həyat hekayəsini anlata bilərsiniz. Bu mənkibəvi bir həyat hekayəsi də olsa mümkündür və hətta asandır da. Halbuki bir mürşidi canlandırmaq ədəbiyyat və ya roman diliylə deyək, bir mükəmməl insanı/mürşidi yaratmaq son dərəcə çətindir və keçmişdə bunun örnəyi hardasa yoxdur. Bax Ayverdi’nin fərqliliyi burada özünü göstərir” deyən müəllif, bu məsələyə dair bir neçə nöqtəyə diqqətləri yönəldir: “Batmayan gün”­də dönəminə gələn yazarımız bir neçə həmləni birdən edir. Aliyə, İrfan Paşanın nəvəsidir. İrfan Paşa, Kərim bəyin mürşididir. Bu səbəblə bir əsərdə iki mürşid birdən canlandırılır. İrfan Paşa, romanın aktual zamanının insanı deyildir. Keçmişdən günü dəftərləri vasitəsilə şəkilləndirir. Əcaba dəyərli yazarımız bizi keçmişdən qalan əsərlərə doğrumu dəvət edir deyə sual edirik. Fəqət o, möv­zunu çox dəqiq bir şəkildə ortaya qoyar. Keçmişdən gələn dəftərlərdəki bu mə­lumatları, Aliyənin ifadəsi ilə deyək. Bu xəzinəni açmaq o qədər asan deyildir. Bir açara ehtiyac vardır. Bax bu açar mürşiddir, Kərim bəydir” (3, 16).

K.Yetiş, Səmihə Ayverdi`nin “Atəş ağacı” və “Yaşayan ölü” adlı roman­la­rını təhlil edib qənaətlərini müəyyənləşdirdiyində isə bir xüsusa özəlliklə diqqət yetirir: Aqilləşmək! Bu özəlliyi K. Yetiş, “Atəş ağacı”nda təhsilli insanların əldə etməsi gərəkən, “Yaşayan ölü”də isə eşqə mübtəla olan Aişə obrazının qazan­dığı “nemət” kimi xarakterizə etməkdədir. Səmihə Ayverdi`nin “Son mənzil” romanındakı Ali Feyyaz və Oxçu Bahaəddin obrazlarından bəhs edərkən, müəl­lif, bu iki obrazın həyatlarında maddə ilə mənanın bir sintez halında birləşdiyini və bu mükəmməl birləşməyə görə hər iki obrazın diqqətlərinin pozulmasına səbəb olan rəftar və anlayışlarının olmadığını qeyd edir. K.Yetiş, yazarı “...gə­lənəyi əsrin yaşayış və idrakı ilə uyumlu hala gətirməsi...”nə görə alqışlayır və yzarın gələnəkdən gələn kültürünün romanlarında da qırmızı xətlə keçdiyini vurğulayır.

Səmihə Ayverdi`nin digər romanları olan “Məbəddə bir gecə”, “İnsan və Şeytan”, “Yolçu haraya gedirsən?” və “Məsihpaşa imamı” adlı əsərlərini də ta­nış etmə, hadisə, zaman, məkan, hadisə sferası, şəxslər, baxış bucağı kimi mər­hələlərə görə təhlil edən Kazım Yetiş, əslində yazar Səmihə Ayverdi`nin orijinal bir yazar kimliyi ilə nəsr dünyasında yer aldığını isbat etməyə çalışmışdır və fikirimizcə buna nail olmuşdur.

Bu yazımıza sonuc olaraq qeyd edək ki, romanın yalnız intibah dövrünün axırlarında meydana gəlməsi (2,100) və janrdan öncə onun ilkin şərtinin (sti­xiyasının) formalaşması diqqət çəkən bir gerçəkdir. Yeni janr stixiyanın roman formasında təşəkkülü romanın ədəbiyyat aləminə ilk dəfə çıxması ilə izah edilə bilər. Romana qədər bu bəlli janrın sadəcə stixiya kimi özünü göstərməsi bir gerçəkdir. İlk vaxtlar romanda kəskin hüdud, bədii qüvvələrin özünəməxsus “oyun” istiqaməti yox idi. Bu stixiyanı prozaik planda ilk dəfə Rable ifadə et­mişdir. Renessans dövründə isə bu “kitab-novella” formasında özünü göstərir. Silsilə hekayəni bir qəhrəman ətrafında toplamaq da folklor ənənəsi ilə bağlıdır. Romanı sənətin müəyyən nümunəyə meylinin forması kimi dəyərləndirmək onu bitkin bir sistem kimi qəbul etmək deməkdir. Məsələn, bir janr kimi nəsrin tipo­logiyasına daxil olan roman, formasını nə qədər sabit saxlasa da, hər dəfə xüsusi məzmunla zənginləşməkdədir. Janrın tələbini izləyən yazıçı ona müasirlik üçün vacib olanı, daha çox realllaşa bilən imkanı axtarır. Bu mənada, o, mücərrəd təsəvvür olmaqdan çıxır və fərdi yaradıcılıq aktı kimi status qazanır. Bu baxım­dan XX əsr Türk romancılığının “ana”larından biri olan Səmihə Ayverdi`nin ro­manları da mücərrədliyi deyil, mənanı, özgələşməni deyil, xəlqiliyi ehtiva edən əsərlərdəndir. Bu həqiqəti biz Kazım Yetiş’in üzərində durduğumuz əsərini oxuyarkən də fərq etdık.



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin