Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə29/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   25   26   27   28   29   30   31   32   ...   110
Shakir Albaliyev

Novruz Holiday and Tuesdays (The Last Tuesdays Of The Year)

SUMMARY

In the article the information is given about the Novruz holiday and its inse­parable parts – Tuesdays (the last Tuesdays of the year). For the first time the scientific essence of fibber Tuesday is interpreted. The analysis is held dealing with the other four last Tuesdays on the base of various folklore samples and interesting scientific thoughts are told.



Key words: Novruz holiday, fibber Tuesday, Water Tuesday, Fire Tuesday, Land Tuesday
Шакир Албалыев

Праздник Новруз и последние вторники года

РЕЗЮМЕ

В статье исследуются праздник Новруз и последние вторники года, которые являются неотъемлемой частью этого праздника. Впервые раскрывается сущ­ность ложного вторника. Также ведется анализ других четырех вторников года на основе различных фольклорных образцов, и даются интересные научные мысли.



Ключевые слова: праздник Новруз, ложный вторник, водный вторник, огненный вторник, земляной вторник
“Novruz bayramı bizim xalqımızın qədim milli bayramıdır. Novruz bayramı hər bir azərbaycanlının qəlbinin bayramıdır, bizim müstəqil Azərbay­can torpağının, Azərbaycan Respublikasının bayramıdır” (Heydər Əliyev).

Yazıma əbəs yerə Ulu Öndərin fikirləri ilə start vermədim. Burada Novruz bayramının tarixinin çox qədim olduğu və milli düşüncənin məhsulu olduğu bir daha diqqətə çatdırılır. Eyni zamanda əvhal-ruhiyyənin yenilməzliyi – “qəlbin bayramı” olması, Azərbaycan torpağının, dövlətinin bayramı olması vurğulanır.



Yuxarıdakı sitatda da deyildiyi kimi, “qədim milli bayramımız” olan Nov­ruz çox qədim görüşlərlə səsləşir. İnsan ruhunun – “qəlbin bayramı” olan, “tor­pağın bayramı” – təbiətin bayramı olan, əhalinin – respublikamızın bayramı olan Novruzun tədqiq edilib öyrənilməsi də folklorşünaslıq, etnoqrafik nöqteyi-nəzər­dən çox böyük əhəmiyyət daşıyır. “Yaz bayramı”, “ilbaşı bayramı” kimi adlarla da tanınan “İlbaşı, Novruz yaz bayramı Türk Dünyasının ənənəvi birliyinə şərait yarada bilən milli bayramdır” (Güllü Yoloğlu). Düşünəndə ki, yeni bir fəslin – yaz fəslinin başlanması olmaqla həm də yeni bir təqvim ilinin başlanğıcı bayramı kimi də anılan Novruz bayramının təmtərağı bir və ya bir neçə günlə məhdud­laşmır, onda məsələyə daha geniş rakursdan yanaşmaq zərurəti ortaya çıxır.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin