İlhamə Cəlal qızı QƏSƏBOVA
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu
ilhame92@ mail.ru
AŞIQ YARADICILIĞI KONTEKSTİNDƏ SÖZ BİLİCİLƏRİ
[Qazax aşıq mühiti əsasında]
XÜLASƏ
Aşıq ədəbiyyatını öyrənməyin və onun çoxsahəli fəaliyyətini, zəngin repertuarını aşkarlamağın əsas yolu bu sənətin regional-mədəni və sosial mühit özünəməxsusluqlarına xüsusi diqqət yetirməkdədir. Bu səbəbdən də Azərbaycan aşıq yaradıcılığının zəngin bir qolunu təşkil edən Qazax aşıqlarının kontekstində söz bilicilərinin araşdırılması folklorda və əsasən də aşıq ədəbiyyatında yeni termin olaraq özünəməxsus rol oynayacaqdır.
Aşıqların yaradıcılığının regional və lokal kontekstdə öyrənilməsi folklorşünaslığın aktual problemləri sırasına daxildir. Regional və lokal mühit, ayrı-ayrı sənətkarların yaradıcılıqlarının fərdi şəkildə tədqiqi bütövlükdə mədəni sistemin mükəmməl öyrənilməsi üçün zəruridir. Məqalə bu müstəvidən özünü doğrultmuşdur.
Açar sözlər: aşıq, saz, söz, söz bilicisi, sinədəftər, Qazax
Dostları ilə paylaş: |