İşin elmi yeniliyi və əsas nəticəsi: Beləliklə, tədqiqat göstərir ki, “Kitabi-Dədə Qorqud” magik görüşlərilə bağlı obraz, ideya, motivlərlə zəngindir. Dastandakı magik görüşlər epik ideyanın təcəssümünə xidmət edir. Yəni buradakı magik elementlər bədii örtüyə bürünmüşdür. Ancaq diqqətli təhlil magik təsəvvürləri bərpa etməyə imkan verir. Dastanda magik davranış forması kimi alqış və qarğışlar öz magik koloritini saxlamışdır. Bundan başqa, dastanda təbiət qüvvələri ilə magik-mediativ ünsiyyət aktları bütöv bir sistemi təşkil edir.