Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,74 Mb.
səhifə42/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   38   39   40   41   42   43   44   45   ...   110
Novruzlu

Al cavabın verim, ay Nəsir səni

O kimdir sazımı alajax mənim

Ola bilsin tanış olax, dost olax

Yəqin ki, qonağım olajax mənim
Nəsir

Özünnən deyən döy sözləri çoxdu,

Bələdəm halına sözləri çoxdu.

Hərbə, zorba gəl sən onu qorxut,

Yoxsakı, saqqalın yolajaq sənin.
Novruzlu

Özünnən nə dedi o çayxanada,

Olmuya toxundu sənə, mənə də.

Kefi saz olarmış o dəmxanada

Bildim ki, əhvalım sorajaq mənim.

Nəsir

Özünnən çox dedi o çayxanada,

Adı-sanı çıxıb bil hər yana da.

Qoç döyüşü gələcəkdi sana da,

İndi halın necə olacaq sənin.

Novruzlu

Sərt olsa da yavaş-yavaş dindirrəm,

Telli sazı sinəm üstə mindirrəm.

Dirək mənəm o kərəni səndırram,

Üstümdə ləpiklər çalacax mənim.
Nəsir

Bərk dur əlinnən o etsin haşa,

Sözlərin gərək işləsin daşa.

Ümüdüm var sənin kimi qardaşa,

Qarşında o aciz qalacax sənin.
Novruzlu

Elmi adamlar olmazmı bəzzad,

Özü sənətkardı nə lazım ustad.

Hərcayı söyləsə verərmi ləzzət,

Açıb kitabımı oxuyar mənim.
Nəsir

Dodaxdəyməzdə vəfası yoxdu,

Bələdəm halına təcnisi çoxdu.

Hərbə-zorba gəl sən onu qorxut,

Şahmar ilan kimi çalacax səni.
Novruzlu

Oxuyarıx hər ikimiz bir məzə,

Köhnəni buraxıb deyərik təzə.

Nə işimiz var keçək dodaqdəyməzə,

Tab etməz qabağımdan qaçacaq mənim.
Nəsir

İrsəndə sözünü deyər dilinnən

Qoparıb sazını alacax əlinnən.

Adı Muraddı özü Çaylı elinnən,

Saz alıb qarşında duracaq sənin.

Novruzlu

Soruşsa adımı adı bəlliyəm,

Ağıllıyam ağılsıza bəlliyəm.

Kəndim Dəmirçilər, Qazax elliyəm.

Novruzluyam əhvalım soracaq mənim. [3, 319].

Buradan açıq aydın görmək mümkündür ki, Murad kişinin biliciliyindən çəkinən aşıqlarımız çox olub. Çaylı Murad kimi digər söz bilicilərindən biri də Qasım kişi olub. Deyilənə görə Qasım kişinin təşrif buyurduğu məclisdə aşıqlar məhz onun sorğu-sualından çəkinərmişlər. Dərin hafizəyə malik Qasım kişi elə bir yerdə aşığı imtahan edərmiş ki, aşıq çaşıb qalarmış.

Aşıqlar daha çox dastanlardan, Aşıq Alıdan, Sarı Aşıqdan, Aşıq Ələsgər­dən, Növrəs İmandan, Molla Cümədən imtahan olunarmışlar. Havacatların doğ­ru-dürüst ifa edilməsinə də söz biliciləri həssaslıqla yanaşarmışlar. Belə insanlar bü­tün bölgələrdə olublar. Onlar bir növ ustadların yetişməsində, aşıq yaradıc­ılığının inkişafında xalq arasında müstəsna rol oynayıblar. Məclis idarə edən aşıq həm xalqın qarşısında, həm də söz bilicilərinin qarşısında imtahan edilərmişlər.

Söz bilicilərinin aşıq yaradıcılığı kontekstində öyrənilməsi məqsədəuy­ğundur. Çünki tamlığı ilə aşıq yaradıcılığını özlərində ehtiva edən söz biliciləri sinədəftər insanlardan bu üstünlüklərinə görə bilavasitə fərqlənirlər.

Aşıq yaradıcılığının toplanması ilə məşğul olan zaman təbii ki, hər bir bölgənin birinci psixologiyasını öyrənmək lazım olur. Bununla yanaşı həmin bölgədə söz ehtiyatı çox olan, yaddaşı iti olub, aşıq yaradıcılığını dərindən bilən adamlarla maraqlandıqda toplayıcıları söz bilicilərinə yönəldirlər. Onlar hətta XIX əsrin və ondan qabaqkı əsrlərin də yazıb yaradanlarının yaradıcılığını bil­məklə yanaşı həm də şəkillərini yığıb saxlayırlar. Söz biliciləri sözün fəlsəfəsini, sözün məhvərini dərindən bildikləri üçün sözə sahib çıxırlar. Qazax aşıq mühi­tinin ustad aşıqlarından olan Məhəmmədəli Məşədiyevi söz bilicisi kimi dəyər­ləndirmək olar. Çünki aşıq Məhəmmədəli Məşədiyev aşıq havalarının düzgün ifa qaydalarını, dastanları, ustad aşıqların yaradıcılığını, poeziyanı, klassik ədə­biy­yatı mükəmməl bilir. Onun fenomen yaddaşı vardır.

Söz biliciləri arasında qadınlar olsa da onlar məclislərə getməzlər. Ancaq yeri gəldikdə bildiklərini əsirgəməzlər. Belə qadınlar əsasən evdar qadınlardır.
ƏDƏBİYYAT

1. Azad Ozan Kərimli, "Göyçə aşıq məktəbi" məqalələr silsiləsi, http://musigi-dunya.az]

2. Aşıq Sadıq Avdıoğlu, Qazax Qaymaxlı kəndi, 1939-2013

3. Qəsəbova İ., XX əsr Qazax aşıqları və el şairləri. B., Nurlan, 2009, 708 s.

4. Qəsəbova İ. XX əsr Qazax aşıq mühiti, Bakı, Elm və təhsil, 2015, 184 s

5. Köprülü M.F., “Türk ədəbiyyatında aşıq tarzının menşe ve tekamülü”, Milli tetebüler mecmuası, h 1331, No.1, İstanbul


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin