Elza İSMAYILOVA
Xəzər Universiteti
elzaxanim@yahoo.com
“KOROĞLU” DASTANINDA MƏKAN
(Azərbaycan və Türkiyə variantları əsasında)
Xülasə
Orta Asiya bozqırlarından Balkanlara qədər uzanan geniş bir sahə içində təşəkkül edən “Koroğlu” dastanının Azərbaycan və Türkiyə variantlarında, yəni araşdırdığımız variantlarda ortaq olan ünsürlərdən biri də Çənlibeldir/Çamlıbeldir.
Çənlibel haqqında bu günə qədər müxtəlif görüşlər irəli sürülmüşdür.Məqalədə Koroğlunun məkanı – Çənlibelin yerləşdiyi ərazi ilə bağlı söylənmiş fikirlər üzərində durulur, bu toponimin yeri müəyyənləşdirilir. Eyni zamanda, Çənlibеlin karvan yolu üzərində yеrləşdiyi və Koroğlunun dəstəsi ilə Çənlibеlin ətəyindən kеçən karvanları soyduğu diqqətə çatdırılır. Araşdırmada dastanda olan yеr adlarının əksəriyyətinin tariхən mövcudluğu, Pertev Naili Boratava əsaslanaraq, Çənlibelin gerçək bir coğrafi məkan olmadığı, rəmzi, düşünülmüş bir ad olduğu xüsusi olaraq vurğulanır.
Açar sözlər: Koroğlu, Çənlıbel/Çamlıbel, variant, Azərbaycan, Türkiyə, məkan
Dostları ilə paylaş: |