Nizami MURADOĞLU
Fil.ü.fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutu
nizamimurad@gmail.com
ÇAĞDAŞ AZƏRBAYCAN ŞEİRİNDƏ QURD OBRAZI
Nizami Muradoğlu
Fil.ü.fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutu
Çağdaş Azərbaycan şeirində qurd obrazı
Özət
Müstəqillik dövrü Azərbaycan poeziyasında qurd obrazına tez-tez rast gəlinir. Qurd birbaşa folklordan transfer edilən və xarakterləşdirən əzəmətli obrazdır. Türk dünya görüşündə bu obraz daha çox Bozqurd kimi tanınır. Təbii ki, qurdun müasiir poeziyada səciyyələndirilməsində mifik düşüncənin, nağılların, əfsanələrin, “Kitabi-Dədə Qorqud” və “Ərgənəkon” dastanlarının rolu böyükdür.
Qurd cəsurluğu, mübarizliyi ilə seçilir. Türkün mifoloji əcdadı hesab edilən Bozqurdla əlaqəli çoxlu rəvayətlər, əfsanələr folklorumuzda yer alır. O cümlədən müasir Azərbaycan poeziyasında da qurd obrazına sevgi, məhəbbət hissləri aşılanır.
Məqalədə müasir şairlərin şeirlərində rast gəldiyimiz qurd obrazının xüsusiyyətləri təhlilə cəlb edilmişdir.
Açar sözlər: Azərbaycan poeziyası, Kitabi-Dədə Qorqud, türk, qurd, şeir.
Dostları ilə paylaş: |