Səbinə İSAYEVA
AMEA Folklor İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru
isayeva00@rambler.ru
“ƏSLİ-KƏRƏM” DASTANINDA TƏSƏVVÜF ELEMENTLƏRİ
Xülasə
Azərbaycan məhəbbət dastanları təsəvvüf elementləri, sufi simvolları ilə kifayət qədər zəngindir. Bu baxımdan, türk dünyasında geniş yayılmış “Əsli-Kərəm” dastanını da qeyd etmək olar. İstər dastanın süjetində, istərsə də dastan poeziyasında təsəvvüfdən gəlmə elementlər çoxluq təşkil edir. “Əsli-Kərəm” dastanındakı eşq motivi, haqq aşiqliyi, qəriblik, dünyanın gəlib getmə məkanına bənzəməsi motivi, həmçinin abdal, ərənlər poetik obrazları təsəvvüfdən gəlmə motiv və obrazlardır. Bütün bunlar dastandan verilmiş nümunələr əsasında ətraflı təhlilə cəlb olunmuşdur.
Açar sözlər: “Əsli-Kərəm” dastanı, təsəvvüf elementi, simvol, eşq, haqq aşiqi, motiv, obraz
Dostları ilə paylaş: |