Oyun və dünya modeli. Gözbağlıca oyunları dünya modelinin şaquli strukturuna görə üç səviyyəni əhatə edir və bu baxımdan üç əsas qrupa ayrılır:
1. Yuxarıda oynanan oyunlar. Məsələn, Kəndirbaz oyunu. Bu oyun bərkidilmiş dirəklərə bağlanmış ip üzərində icra edilir. Kəndirbaz gözlərini bağlayır və ipin üstü ilə hərəkət edir. Tamaşaçıların içindən bir uşağı götürüb dalına alır və onunla birlikdə gözü bağlı ip üstündə oyununa davam edir. Bu oyun özündə havadan keçidi ehtiva edir. At üstə oynanan oyunlar dünya modelinin şaquli strukturunda yuxarı səviyyəsinə aid olsa da, daha çox keçid xarakterini özündə ehtiva edir və yuxarı ilə ortanı birləşdirir. At üstündə gözübağlı müxtəlif tapşırıqları yerinə yetirən oyunlar da özündə xaosa keçidi və xaosdan çıxışı təcəssüm etdirir.