Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,03 Mb.
səhifə20/92
tarix01.01.2022
ölçüsü1,03 Mb.
#104117
1   ...   16   17   18   19   20   21   22   23   ...   92
Nəticə. Funksional semantikası baxımından oyun inisiasiya ritualını təcəs­süm etdirir. Su xaosu “ölü dünyası”nı rəmzləşdirir, oradan oyunçuların suyun üstündən (diri dünyadan) , yəni suüstü dünyadan (yerüstü dünya) sualtı dünyaya (yeraltı dünyaya) gedərək oradan o dünyanın sakinlərini (yəni ölüləri) bu dün­yaya qaytarması inisiasiyanı təcəssüm etdirməkdədir. Bu dünyalararası keçid, məsələn, simurq quşunun üstündə yeraltı dünyadan yerüstü dünyaya gələn Mə­likməmmədin nağılı ilə ritual arxetipinin tipologiyası baxımından müqayisə edilə bilər. Çünki həm oyunda, həm nağılda görməmək, qaranlıq əsas şərtdir. Məlikməmməd keçid zamanı gözlərini yumur. Başqa keçid variantlarında da ya göz yummaq, ya gözü bağlamaq vacib sayılır. Ona görə ki, bu göz yumma və göz bağlama simvolik korluğu təmin etmiş olur. Korluq isə “kor dünya”nın, yəni xaosun, qaranlıq dünyanın, “o dünya”nın simvolik effektini verir. Simvolik də olsa (mifdə bu tam şəkildə gerçəklə bərabər sayılır) “kor olmaq” “o dünya”nın sakini olmaq deməkdir. “O dünya”nı tərk edənə qədər də kor kimi görünmək lazım gəlir. Yoxsa “o dünya”nın demonoloji qüvvələri qəhrəmanı “bu dünya”ya sağ-salamat qayıtmağa qoymazlar.

Beləliklə, arxaik ritual situasiyası əhvalatın təsviri şəklində epikləşir, on­dan ayrılan oyun isə həm oyun şəklində davam edir, həm də ritualla birlikdə epik strukturların modelləşdirici sisteminin tərkibində eposun formalaşmasında iştirak edir.


Ədəbiyyat

  1. And Metin. Türk tiyatrosunun evreleri. Ankara, Turhan kitabevi, 1983, 554 s. ( əlavə 7 vərəq şəkil).

  2. Хёйзинга Йохан. Homo ludens. Человек играющий / Сост., предисл. и пер. с нидерл. Д. В. Сильвестрова; Коммент., указатель Д. Э. Харито­но­вича. СПб.: Изд-во Ивана Лимбаха, 2011. — 416 с.


  3. Yüklə 1,03 Mb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin