Cüzz və küll: Təsəvvüfdə vəhdəti-vücud fəlsəfəsini ifadə etmək üçün istifadə edilən istilahlardan biri də cüzz və küll anlayışıdır. Hissə və tam, bəndə ilə Yaradan münasibətlərini ifadə etmək üçün bildirilən bu termin varlığın dərkində müraciət edilən təsəvvüfi simvoldur.“Cüz kendini küll’e verince, Allah’ın zâtı ile zevke dalar ki ayni mirâçtır. Bu da o cüze en büyük nimettir. Çünkü, bu mertebede o kimse artık iki âlemin hakikatlarını keşf eder, yani milk ve melekût âlemlerindeki sırları bilip kavrar (8, s. 270-dən, 7, s. 9). Vücudnamədə də həmin ontoloji problemin əks olunduğunu görürük:
Cebrâil vahiy getirdi hak Resul'a,
Âyet geldi (indi) zikret diye cüz ve kül'e,
Hızır Baba'm beni saldı işte bu yola,
Ondan sonra derya olup taştım dostlar (6, s. 51).
Burada təsəvvüfdə önəmli məsələlərdən olan cüz-küll münasibətləri anılır. İbn Ərəbinin “Haqq və xalq” anlayışları ilə ifadə etdiyi bu termin zatla onun təzahür şəkilləri olan əşyalar arasındakı münasibəti bildirir. (2, s. 28)
Bəzmi-ələst: Əhməd Yəsəvi kimi mütəsəvvüf bir şairin türk xalqlarının yazılı ədəbiyyatında vücudnamənin ilk nümunələrindən birinin qələmə alması sonrakı mərhələdə janrın məzmun arxitektonikasında təsəvvüfi çalarların əks olunmasında böyük rol oynadı. Bu cür təsəvvüfi simvollardan biri bəzmi-ələstdir. “Ələst məclisi” mənasını verən bu ifadə Quranın Əraf surəsinin 172-ci ayəsində öz əksini tapır. Əhməd Yəsəvi səkkiz yaşında artıq haqq aşiqi olduğunu, piri-muğan əlindən mey içdiyini və hikmət söyləməyə başladığını vurğulayır. Daha sonra məhəbbət dastanlarında buta və ya badə motivi olaraq qarşımıza çıxan bu motivin də əsası Əhməd Yəsəvi poeziyasından qaynaqlanır:
Elest şarabını pîr-i mugân doyasıya verdi,
İçiverdim miktarımca koyuverdi,
Kul Hâce Ahmed içim dışım yanıverdi,
Tâliplere inci cevher saçtım, dostlar (6, s. 51, ).
Piri-muğandan ilahi eşq badəsini içən aşiq həm ələst bəzminə işarə edir, həm də mürşidlərini xatırlayır. Əhməd Yəsəvinin formalaşdırdığı türk təsəvvüf sistemi daha sonrakı dövrlərdə klassik türk ədəbiyyatının məzmun xüsusiyyətlərinin müəyyənləşməsində böyük rol oynayır.
Dəniz: Təsəvvüfdə dəniz xüsusi rəmz kimi istifadə edilən bir sözdür və Allahın təcəllilərini bildirir. “Tasavvufta ise, Allah'ın tecellîlerinin, Rabbanî açılımların, ilâhî hakikatlarm bütün insanlara ma'rifetler şeklinde, sel gibi devamlı aktığını belirtmek üzere kullanılır”. (5, s. 29)
“Fəqrnamə”də Əhməd Yəsəvi deyir:
Kudret ile Hak’tan bize buyruk oldu,
Dipsiz deniz içine yalnız düştüm, dostlar.
O denize kadir Rabb'ım buyurdu,
Allah'a hamd olsun, sıhhat ve esenlikle geçtim, dostlar (6, s. 50).
Təsəvvüfi düşüncəyə görə, insan varlığı da bu baxımdan bir təcəllidir. “Dibsiz dəniz” burada ikili semantika daşıyır: 1) Allahdan qopan nurun - ruhun kainatda (dibsiz dənizdə) öz yerini alması; 2) Tanrının buyruğu ilə ruhun ana bətnində (dibsiz dənizdə) öz yerini alması. Dəniz burada real mənasında deyil, “seyri-süluk dənizi” kimi başa düşülməlidir. Allahdan ayrılan ruh səyahətə başlayır. O, ruhlar aləmindən ana bətninə, oradan işıqlı dünyaya enir, sonra isə geriyə dönüş başlanır.
Dostları ilə paylaş: |