Frazeologizmlər. El aşığının dilində xalq deyimləri yüzlərlədir və bunlar bədii mətnə təbiilik gətirir. Onlardan bir neçəsini nümunə gətirmək yerinə düşər:
Söyünəm, bəhrə dalmışam,
Canımı oda salmışam,
Gör necə boyat olmuşam,
Daha yada salan yoxdu (1, 17).
Yön çevirib bir məclisə varanda
Ağır əyləş, sağa-sola danışma (1, 20).
Sözün tutma hər azğının, axmağın,
Xoşlanılmaz aralıqdan çıxmağın,
Layiq deyil başa qaxınc qaxmağın,
Öz eybini bilə-bilə danışma (1, 20).
Şikarım uçurdum, tuta bilmədim,
Aşkara oxumu ata bilmədim.
Yeridim, yüyürdüm çata bilmədim,
Könlümün öyünü yıxdı da getdi (1, 47).
İstəyirəm, yön çöyürəm elimə,
Qaşlarıyla qıfıl vurur dilimə (1,74).
Dostları ilə paylaş: |