Atif İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: atif.islamzade@mail.ru
OĞUZ EPİK ƏNƏNƏSİNDƏ “QALIN OĞUZIN DÖVLƏTİ” İYERARXİYA İŞARƏSİ KİMİ
XÜLASƏ
Bu məqalədə “Dədə Qorqud kitabı”nda yer alan və iki əsas obrazdan daha əhatəli şəkildə ümumiləşdirilən Qazan xan təyininin dövləti əsasları aydınlaşdırılmışdır. Eyni zamanda oğuz epik sistemində bu təyinin yeri və təsiri araşdırma boyu izlənilmişdir. “Qalın oğuzın dövləti”nin iyerarxiya işarəsi kimi Qazan obrazının mifoloji semantikasının təhlili kontekstində araşdırılması daha məqsədəuyğundur. Çünki bu təyin yalnız Qazan xana məxsusdur. “Qalın Oğuzın dövləti” qəlibinin təhlili göstərir ki, bu, iyerarxiya işarəsidir. Oğuz etnosunun və Oğuz məkanının vahid ali idarəçiliyini işarələyir. Eyni zamanda “Qalın Oğuzın dövləti” anlayışında mətnaltı səviyyədə oğuz epik sistemində mövcud olan, lakin aşkar şəkildə görünməyən geniş bir “motiv” araşdırılıb elmi-kütləvi ictimaiyyətə təqdim olunmuşdur.
Açar sözlər: Oğuz epik ənənəsi, “Dədə Qorqud kitabı”, Qalın oğuz, Uçoq, Bozoq, Qazan xan, motiv
Dostları ilə paylaş: |