Əsmər Şakir qızı ƏLİYEVA
AMEA Folklor İnstitutu
AZƏRBAYCAN FOLKLORUNDA ZOOANTROPOMORFİK
ÇEVRİLMƏ FORMULLARI
X Ü L A S Ə
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri məna və məzmun, motiv və süjet baxımından qədim və zəngin tarixə malikdir. Folklor mətnlərinin daşıdığı zəngin məna yükünə baxdığımız zaman burada xalqın keçmişini, adət-ənənəsini, inanclarını, ümumiyyətlə, bütün mədəniyyətini aydın şəkildə görə bilirik. Azərbaycan folklor nümunələrində geniş şəkildə istifadə edilib, özündə zəngin məlumat əks elətdirən motivlərdən biri çevrilmə motividir. Çevrilmə hər dövrdə, hər bir xalqın folklorunda mövcud olmuş və bizə onların inancları, mədəniyyəti, düşüncəsi haqqında müəyyən bir fikir söyləməyə kömək edir. Heyvana və ya bitkiyə tapınma nəticəsində qədimə əcdadlarımızın təfəkküründə formalaşmış zoomorfik görüşlər folklor mətnlərinə daxil olaraq ona predmet, funksiya, motivləşmə, obrazlaşma, simvollaşma və s. xüsusiyyətlər verir. Totemist və animist görüşlərlə bağlı olan çevrilmələr Azərbaycan folklorunun, əsasən, ilkin formaları hesab edilən miflərdə, əfsanələrdə, nağıllarda daha çox təsadüf edilir.
Açar sözlər: çevrilmə, zooantropomorfik, totemist, animist, motiv
Dostları ilə paylaş: |