İşin elmi yeniliyi və əsas nəticəsi: Gördüyümüz kimi, heyvana və ya bitkiyə tapınma nəticəsində qədim əcdadlarımızın təfəkküründə formalaşmış zoomorfik görüşlər folklor mətnlərinə daxil olaraq ona predmet, funksiya, motivləşmə, obrazlaşma, simvollaşma və s. xüsusiyyətlər verir. Totemist və animist görüşlərlə bağlı olan çevrilmələr Azərbaycan folklorunun, əsasən, ilkin formaları hesab edilən miflərdə, əfsanələrdə, nağıllarda daha çox təsadüf edilir. Məlumdur ki, bitki və heyvanlar aləmi ilə bağlı olan əfsanələrin əksəriyyəti totem görüşlərinin təsiri ilə yaranmışdır və bu zaman çevrilmə motivindən geniş istifadə olunmuşdur.