Görürsən yer dardi
Bir nəfər varıdı bizdə, iki qardaş oluflar. Birinə Tazılı Hüsöyn deermişdər, birinə də bij Məmmət. Bu Tazılı Hüsöyn Tiflisdən geder tazı aler, gətirer. O vaxdı Niqalay dooşanın dərisini, tülkünün dərisini alermiş. Bunu eliyermiş, tazıynan. Tüfəh yoxuydu, axırı. Tazıynan tutdurormuş. Bir də Ceyran çölündə Qannı Qovu deerih. Munnan baş aşağı getdiyi yerdə bir tülkü qalxer qaçer. Tazının adını Tavar qoyufbuş. Tavar da gürcünün varrısına deellər. Tavar, tut, Tavar, qoyma. Tavar bu tülkünün dalınnan tərpəner. Tülkü də bijdi. Yerini biler yooşannıxda. Görör qalın yooşannığa girdi. Bu da girer, nə tülkü var, nə Tavar. Belə baxanda örör, ikijə qılçalarıdı, belə-belə eliyer (əli ilə göstərir – top.). Tülkü bir belə deşer, yarım metrədən sora bir belə deşer. Deşiyi tapa biler. Tazı da uzun oler. Burya girif indi nə geri çıxa biler, nə irəli gedə biler. Gəler qılçasınnan tutor, bəri çəker, Tavar, Tavar, məssəbinə lənət, görörsən yer dardı, girmə.
Dostları ilə paylaş: |