Azərbaycan şifahi xalq ədəbiyyatına


AŞIQLAR HAQQINDA. AŞIQ HÜSEYN



Yüklə 1,18 Mb.
səhifə106/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   102   103   104   105   106   107   108   109   ...   128
AŞIQLAR HAQQINDA. AŞIQ HÜSEYN

I mətn

Ələsgər Aşıx Hüsöynnən deyişif. Mən Aşıx Hüsöynnən qavax-qavağa otumuşam. Ağsakqal kişilər danışdırerdi onu. Toyda yox. Deerdilər, Ələsgərnən olan məsələnizi danışın. Onu danışerdi əyaxdan başa qədər. Olduğu kimi – nejə oluf, o formuda. Aşıx Hüsöynə “onda hax vergisidi” deerdilər.

Yek və yek cavaf verən nitqi-zülal axdarıram,

Cəmi Firdovsi, Qumru sözü misal axdarıram.

Bəzzazam, bəzirganam, qumaşı al axdarıram

Seçərəm, mis, bürüncün, mən bir mühəngəm.


II mətn

Aşıx Hüsöyn 22 nəfərnən qavaxlaşıf. Oları məğluv eliyif. Nə qədər şeir de­yilerdi, yerbəyer ollara cavaf vererdi. Xayyatı Mirzə çox xədəngi olufdu. Kü­rün qı­raanda 30 nəfər adam orda meçitdə oxumuşdular. Tiflisdə Cəlilullahnan, Ağa­can­nan, Aşıx Ələsgərnən deyişməsi var. Qazaxda Mirzə Səmətnən de­yiş­mə­si var. Aşıx Hüsöyn gülməli söhbətdər çox danışerdı. Goranboy rayonunda Cin Əliyə şeir deyif.

Heş belə damağ olmaz, Cin Əlinin damağı kimi

Süysünü qırışdanıf tısvağa duzdağı kimi.

Açılıfdı qoza başı ərişdə qazmağı kimi.


Oturufdu yekəxana, deyən siqan koxasıdı.

Başında quru fəsi eyni qadın dingəsidi

Sifətdən çox göyçəhdi, gəzəlin boyağı kimi.

III mətn

Aşıx Ələsgərnən Aşıx Hüsöyn deyişəndə o vaxdı Aşıx Musa varıydı. Bir uşağı örgədir pəncərədən, bir boyatı deəjəm. O boyatıyı denən görək, Aşıx Hü­söyn tapa biləjəhmi? Aşıx Hüsöyn deer, Ələsgərnən qavax-qavağa oturordux. Bir də uşax dedi ki, Ələsgər qağa! Deer, ha! Dedi, Şəmşəddinnən bir boyatı əlif­di. Onu aydınnaşdır. Aşıx Hüsöyn deer, Şəmşəddinnən burya boyatı əlməz. Dodaxdəyməz, divani, təcnis gələr.

Əzizinəm, kafir ayı

Endi gəldi, kafir ayı.

Ayın lama düyün oldu,

Nə qandı, kafir ayı?

Ələsgər üzümə baxdı, deer. Dedi kin, a Hüsöyn, nə deer, bu uşax. Dedi ki, hasat bir şeydi, Ələsgər qaa! Kafır ayı kafır ayı döy, kaffərə ayıdı – Ramazan ayı gəlif çater. İndi gəldi kafir ayı, Ramazan ayı yaxınnaşıfdı. Ayın lama düyün olunanda Əli oxunur. Əliyi də qammıyan həm kafırdı, həm ayı. Aşığ Ələsgər deer, ay Hüsöyn, zehnin aydın olsun. Yaxşı aydınnaşdırdın.
IV mətn

Aşıx Hüsöynün bir sözü var. Mirzə Səmədə sual veriv o. Deer,

Peyğumbərə əzəl gəldi hansı ayə?

Mürkülüyə sifət oldu hansı ayə?

Mir Mehracda oxuduğu hansı ayə?

Nə oxudu, savablaşdı, ay Mirzə!

Deer, peyğəmbər getdi, Allah-Taalaynan görüşdü. Raketin yanacağı quta­rıf. Nəynən, hansı yanacaxnan yerə enməlidi.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin