III mətn
Ziyarata gedermişdər. Mənim nənəmin anası da edermiş. Xançalı götüröllər, xançalın uju yernən gedermiş. Hajıya gedermişdər. Deellər, ədə, mürgüləmiyin, bərk durun. Qumlu sahədən gedəndə ardoylar qumluğu yarıf çıxeyjaxlar, qavaamızı kəseyjəhlər. İndi deer, gederih, nənəmin anasına – Gülnisə qarıya deellər, bərk dur haa. Arıya alellar, xançalları şaqqaşaq oynadellar. Bir də göröllər, biri ordan qumnan çıxer, biri burdan. Nə qədər eliyillər, bullara yaxın gələ bilmellər. Atı səyirdellər, varer gedellər. Qumsalı keçənnən soora yaxşı yerə çıxellər. Nənəm söylör ki, mənim anam hajıya gedif, gəlif. Hajı Güllü deermişdər nənəmə.
HARAMI
Bir oğlan Hajıya gedipbiş. Burdan bir qız götürör qaçer. Bu qız deer, məni aparersız, salamat ötürəmmijəhsiz o qumsaldan. Xançalları da varımış, tüfəhləri də. Deer, ağız, bu silahların qavaanda ötürəmmijəmmi səni? Deer, ötürəmmijəhsən. O qədir gəlellər, birdən yorulullar. Həydən tüşöllər. Qız deer ki, ilişmə burda. Bircə qırıx özünü bərkit, burdan keçəh. Haramı gəlif bizi yəəjəh. Deer, ağız, qorxma. Mürgülüyür bu öyü yıxılmış. Yater. Bir xeyli yatannan sora ayıler. Ayılanda qızın üsdə dirəner, bir əz sən də mürgülə. Yaxşıdı, heşnə yoxdu. Deer, yox, yer qımıldaner. Haramı gəler, dur gedəh. Getmer, qızı da yatızdırer. Qızın gözünə yuxu gedəndə görör, Haramı gəler anrıdan bəri. Dili tutulur. Nə qızı qaldıra biler, nə bir iş tuta biler. Haramı gəler, deer, bax belə. Qızın ard əyağının ikisin də ağzına aler. Qız ayıler. Deer, ədə, ağzı məndədi, vur, xançalnan dorğa. Qorxma! Qımıldanammer. Qımıldanammıyanda qız deer, ədə, xançalı mana gəti. Bax belə tutor, xançal yara-yara aparsın onu. Onda ölmöjəm. Gənə qımıldanammer. Qız deer, a köpöyoğlu, səni kimisinin qoynunda yatanatan, qoy gedim Haramının qarnında yatem.
Bu qalxer. Günə bir mənzil, gəler Bozalqannı kəndinə çater. O arxın bəri yanında taxıl varımış. Kişilər orda su sulormuş. Saqqal bax burya tüşör (əli ilə göstərir – top.), bir yaxşı da oğlan gəler buların yanına çıxer. Ədə, hardan gəlersən, a kişi? Sən niyə belə gündəsən? Ağlıyır, özün öldürör. Deer, bəs Haramı gəlini əlimnən alıv uddu. Deer, a kopoyoğlu, bə sən bilmersənmi, ordan burya belə gələndə Haramı var o yollarda. O iş də olujax. Hərə başına bir qapaz. Biri deer, ə, dəymiyin. Duror üzünü, başını da qırxer.
Helə günnər varımış. İndi gözünü yumorsan, açanatan Kalvayıya çatersən. Maşadıya çatersən. Bir il hərəsinin yolu varıydı.
Dostları ilə paylaş: |