QAÇAQLAR HAQQINDA. TELLİ ƏSƏD
I mətn
Telli Əsət qaçağ oluf. Çox urvatdı adamıydı, baxımlı adamıydı. Varı varıydı, varının sahivi idi. Sovet höküməti gələndə başdadı qaçaxlıx eləməyə. Kalva Əsədi də öldüdülər. O kişi qaşdı, canını saxladı. Telli sözü iyitdiyinə görədi. O vaxdı tel ha yoxudu. Hamı qırxdırerdi, burda bir kəkil qourdular.
Dayılarım, Xannar kişi iki-üş dəfə oon yanında oluf qumaranda. Qumarmışdılar, bax birin bu arada, birin də Mamırtdıda. O varının yox, öz canının dərdinnən qaçaxlığ elədi. Bir ara keçənnən üzə çıxdı. Bir də isdədilər, bunu kurçoka salalar. Kalva Əsət burdoydu, Telli Əsət meşədə. Dedilər, Haça Qayada oon iki oğlu varımış. O, hökümətdən qaçerdi.
II mətn
Kətdə yekə Əsət vardı, çox bildiyinə görə Rus Əsət də deellər ona. Bizim tirənin başbiləni, ağsakqalı oluf. Touz irayonunu idarə eliyən üş nəfər olufdu. İstirajnik deyillərdi o vaxdı, pirisdavın isdirajniki. Pirisdav Şahniyar bəy Dondar Quşcudan oluf. Üş bööh strajnik Bozalqannıdan oluf: Yekə Əsət, Mamoy kişi, Telli Əsət. Bulları bolşeviklər gələnnən sora ləğv elədilər. Niqalayın srajnikləriydi. Olların əvəzinə erməniyi gətdilər burya stajnik qoydular – Levon. Şahniyar bəyi gülləynən vurdular. Levon da adamları seşdi. Oların axırı belə oldu: Telli Əsət qaçağ oldu. 39-cu ildə onu tutdular. Öldü. Yekə Əsət uruscax bildiyinə görə, 1930-cu ildə gəlmişdilər, troyka deerdilər: Nikalayov, Ələhbərov, İsmayılov. Oların yazdığına pozu yoxuydu. Əsət kişiyi tutdular. Dedilər, ta bunu gülləliyjəhlər. Niqalayov dedi, gəl səni danışdırejəm. Bir dilvər gətidi – azərbaycannı. Deer, Nikalayov sual verdi. Mən də uruscax bilerəm, deer. Bu azərbaycannı tərsinə tərcümə eliyer. Deer, qorxmoram, onsuz da ölüm qavaxda. Əlimi qaldırıf “pasdoy” dedim. Nikalayov məətdəl qaldı. Dedi, vçom dela? Dedim, bu adam sənin verdiyin sualı maa tərsinə deyer. Məəm dediyim cavabı saa tərsinə deer. Xayiş eliyerəm, bu getsin, sənnən özüm danışeram. Uruscax özüm bilerəm. Dedi, hardan öyrəmmisən? Dedim, sənnən öyrəmmişəm. Gəlirdiniz strajniklər, mən də örgənirdim. Onu Nikalayov buraxdı – bircə Əsət kişiyi. Mamoy kişiyi tutdular, apardılar, qalada öldü. Telli Əsət də qaçağ oldu.
Dostları ilə paylaş: |