Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə113/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   109   110   111   112   113   114   115   116   ...   128
OĞRULAR HAQQINDA
Üç il çovan olmuşam. Cilovdarrı kəndində bir nəfər adam varıdı. Mö­cü­zəli oğ­ruydu. Bullar iki nəfər adam oluflar. Gediflər, köç Əsgər tərəfdən oğurruğ elə­məyə. Bullar nəsə götürüflər çiyinnərində ətiməyə. Bu Mülkülüdən də biri varıydı, lap üsdün oğruymuş. Bu oğru biler ki, bullar gediflər. Duror ollar gələn yolun ağ­zında. Görör ağırrıx baş oğrunun çiynindədi. Deyer, ver, mən də gö­tü­rüm. Dəən, çiy­nini ağrıtdı. Munun çiyninnən aler, gedellər. Bir kərə dəyananda deer, ə, nağar­dın? Baxanda örör, bu Mülkülüdən filankəsdi. Deer, bə sən bə­yax­dan bilmerdinmi?

BAYATILAR


Çay mənim, çeşmə mənim,

Çayımnan keşmə mənim.

Mən bir lal quşam, ağız,

Yaralarım deşmə mənim.


Yaşıldı başın, ördəh,

Qələmdi qaşın, ördəh.

Həməşə cüt gəzerdin,

Hanı yoldaşın, ördəh?

O toydan ələm gəler,

Civində qələm gəler.

Oğlan, özün yaxşısan,

Anannan zəhləm geder.


Mən öldüm ağlamaxdan,

Ağa göy bağlamaxdan.



Ağız, bağçada xəzəl qalmadı,

Bax bu yarama bağlamaxdan.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin