Haça Qaya ziyarətgahı
Haça Qaya ojağı, doğurdan da, mööcüzədi. Ojaxda dedilər ki, Həzrət Əli qoşun çəkif burdan gedəndə bu qaya qoşunun qarşısını kəsif. Fida olduğum Həzrət Əli qaldırıf qılıncı ordan, qaya düz divinə kimi yarılıf. Qayanın ortasınnan aşağısınatan su damer. Göz yaşı kimi – damcı-damcı. Pilləkənnərnən gərək tüşə, ojağın yanına gələsən. Bir tərəfdən gəlirsən, o tərəfdən yola qalxırsan. Maşın hərrənif gəler. Nə qav-qacax aparsan, gərəh orda qoyuf gələsən. Orda su yoxdu, gərəh bidonda aparasan.
ALDƏDƏ
I mətn
Bir dəfə atam qurvan aparmışdı. Orda nööbəyə durulur. Camahat çox olor. Maşınnan tüşənnən gərəh qurvan hərrəneydi. Biz tüşdüh. Maşın dayandı qıraxda, atam da qurvanı hərrədi. Biz də dalınnan. Hərrəndih, heyvan da kəsildi. Asdıx, bişidih. Birdən bir maşın gəldi. Bu maşınnan adamlar da töküldü, heyvan da tüşdü. İnanersammı, bilmirəm yerdən çıxdı, ya hardan. Bir dənə ilan zil qalxdı, quyruğunun üsdə. İlan başdadı, Aldədənin girəcəh qapısı varmı, orda beləjə durdu (əli ilə göstərir – top.), başdadı əsməyə, Qərif Seyit hakqı. Nə camahat, nə heyvan içəri girməmişdi. Zipbələmzil ilan durdu quyruğunun üsdə. İçərdəkilər ojağa yalvardılar, özünə yalvardılar. Biri isdədi ki, öldürsün. Qağam dedi, ayə, sənin başın xarafdı. Sənin əməlin saleh döyül, qurvanın qəbul döyül. Ojax səni qəbul eləmer. Qayıt get. Camahatı tas-tas elədərsən, yanınnan gətidihlərini qırdırarsan. O, bir ilan döyül. O, xəbərdarrığ üçün çıxıf. Burda onnarnan ilan var – ojağ ilannarı. Onnan sora olar maşına doldu, heyvanını da götüdü. Qayıdıf gedənnən sora bir sekuntun içində ilan yox oldu. Hara getdi, nətəri getdi. Orda həmin adam hakqında demişdilər, mayası haramdı.
Orda ojaxda niyət eliyənnər girer yater. Başını qəbrə söyküyür. Bir cüt oğludu, özüdü. Özü baş tərəfdədi, oğlannarı aşağıda.
Yatanda da məsələn, deer ki, mənim yuxum çin olsun, nə arzum var, yerinə yetsin. Yuxuda görülməlidi. Əgər o arzuya çatırsansa, yuxuya gedə bilersənsə, yuxuda isdədiyini əldə eliyə bilersənsə, bax bəzi baxıcılar var, deer, mana yuxuda dedilər, eləcə də orda. Özü oyanana kimi dəyməh yoxdu. Gərəh özü oyana, qalxa.
II mətn
Mən niyət elədim Elçinə. Elçin çox bəd, beyrəxvət, pis uşağıydı. Günüm maalicələrdə keçerdi. Pərvanəynən baravar. Pərvanə öydə maalicə olunurdu, amba o, getməmiş balinsə qoymadı. Bir meyvəyə, yeməyə əl uzatmazdı. Əvvəl özünə fida olsun atam, anam, dünyədə gəzənim, yeddi arxa dolananım, onnan da oğlannarına fida olsun. Mən ölmüyüm, bu uşağ isdolun üsdünə qoyulan yiməyə, imam eşqinə, bircə dəfə əlini uzatsa, gətirif qurbanımı kəseyjəm. Öz yedəyinə vereyjəm erkəyi, Aldədənin. Özü hərriyjəh. Atam, anam fida olsun, nə təər dedim, heylə oldu. Gədə yaxşılandı. Gədə yekələndi, yeridi. Düz gədənin beş yaşına beş gün qalmış erkəyi aldım. Apardım, öz qapılarına bağladım. Gəldih qapıya. Maşını içəri verdih, heyvanı düşürdüh, uşağı düşürdüh. Həsən götürdü, bir təər gətidi. Başında çatı var – uzun kəndir. Gədənin əlinə verdih. Ujunu düyünnədim, suyuruv əlinnən çıxmasın. İki dəfə doladıx. Üçüncüdə hancarı elədi, çıxdı əlimizdən. Özümü içəri verdim. Aldədənin başına dolandı. Aldədeynən oğlannarının arasında yol var. Buruynan gəldi, təzdənnən oğlannarının başına dolandı. Atam, anam sana fida olsun, ay Allah. Möcüzə göydə döyül, yerdədi, bilənə, görənə. Millətin əli göydə qaldı. Samaya dedi ki, yeddiillihnən qəbuldu bu qurvan. Mən neçə ildi burda oturoram, hələ belə möcüzə görməmişəm ki, heyvan insanın əlinnən çıxsın, içərdə bircə-bircə qavırı ziyarat eləsin. Dil biler bu heyvan.
Dostları ilə paylaş: |