Sovet höküməti qurulanda bütün kətdəri, irayonnarı gəzermişdər. Deyillər, filan yerdə ojax var. Orya adam qoymax lazımdı, yığılan pul devlətə mədaxil olmalıdı. Deer, bizi orya aparın. Aparellar, Aldədəyə. Deyer, biz belə şeyə inanan adam döölüh. Biz hökümət adamıyıx. Nə eliyək ki, bunun bir möcüzəsin görəh, inanax. Burya adam qoyax, yığılan pulu devlətə mədaxil eliyəh. Fida olduğum özü ölmüyüpbüş, orda oturormuş bu hadisədə. Özü irəli duror, bulara deyer, baş üsdə. Nə möcüzə deyersiz, eliyim. Əmr verif, qırx metrə quyu qazdırıllar. Traxdır bir yannan, insan bir yannan. Bir maşın da quru odun gətirer, doldurollar içinə. Bir kanisdir də səlyarka tököllər başınnan. Bir paşqadan beş-altı pişqayı yandırellar, təpəsinnən tulluyullar. Alışır. Yaloy fələyə qalxer. Camahat geri çəkiler – bir kilometrdən artığa. Kişiyin də qucağına bir quzu verellər. O yaloy uxarı qalxanda kişiyi qaldırer, gurpadan ooun içinə tulleylər. Yeddi arxa dolananım onun oğlannarına da, özünə də fida olsun, torpağına da fida olsun. Camahat geri qaçer. Bu odun yaner, qutarer, köz olor qıfqırmızı. Onnan sora kişi özü piçağınnan əyax yeri qayırer. Çıxer. Camahat da geridə duror, hələ xavarı yoxdu heş nədən. Quzu qucağında qıfqırmızı elə pişif. Sakqalınnan da uzun-uzun kırışadan qış olanda buz sallner ha, sırsıralar, helə tökülör. Hər yerində buz donufdu – bədənində. Buzdan tərpənəmmer. Camahat bir də örör kişi çıxdı. Yüyröşöllər hammı: yerri camahat nədi, gələnnər nədi. Gələndə öröllər kişinin qucağında quzu qıfqırmızı qızarıf. Deer, bir gətirin onu, isdolun üsdə qoon, yiyəh. Kişinin buzun arıtdadellər. Camahat da deer, incitmiyin kişiyi. Onun buzdarın salxım-salxım qoparder, yığellər. Onnan sora orya adam qoydu hökümət. İndi erməninin əlindədi. Aparıf qurbanımızı kəsə bilmerih. Bəridə körpü var, Sultan körpüsü deerih. Hidayət anası ölmüş, keçən il apardı, körpünün üsdəjə kəsdi. Aparanın hamısı orda kəser. Körpüdə kəsmiyəndə, ermənilər o dəyqə gülləliyir.