RƏVAYƏTLƏR
Cəza
Biri ziyaratgaha geder, orda ziyarat eliyif dolanannan soora bir qav su dolduror – ziyarat suyu. Götürör gətiməyə. Yolda bir nəfər munnan qavaxlaşer. Deer ki, o ziyaratgah suyuunnan mana da ver. Bu verməy isdəmer, tamahlaner. Yüz bahanə gətirer – azdırer. Suyu vermer, gətirer evə. Qavın ağırrığı eynicə yerindədi. Qav doludu, bu da bunun ağzın açmer. Öyə çatıf rahatdaner, qavın ağzın açanda görör ki, damcı da içində su yoxdu. Qav həmən ağırrıxdadı. Dilinnən isdədiyi adama o ziyarətgahın suyunnan vermədiyinə görə o yükü ona daşıtdırer Allah, ama qismət eləmer.
İki bəndə
Fida olduğumun yaratdığı iki məzlum bəndə olor. Biri ibadət eləmiş, başını möhürə aparan, biri də meşədə hərrənən dəli. Cənab Cəbrayıl deer ki, ya Həzrət Abbas, bir söz soruşum, bunun hansı cənnətdihdi? Deer, çox güman ki, o kişinin başını möhür aparıf. Əyilif qalxmaxdan dizi də yiyilif. Deer, yox, səhfsiz. Deer, niyə? Deer, get, oların hərəkətinə fikir ver, gələndə maa deərsən. Gedir fida olduğum. İki dənə qızıl piyalada bu mööminin qabağına mələhlər tərəfinnən yeməh gətirilir. Xörəh gətirilif qoyulanda bu, ibadətdən qalxır. Xörəyin birini yiyir, yidiyi qabı o birsinin ağzına çöürür. Gələndə deer, gördünmü? Deer, gördüm. Deer, indi get o meşədə hərrənən dəlinin yanına. Mələhlər vidini dəyişer, gəler o oğlanın yanına. İki qabda yemək gəler. Bu halatda böyrünnən zülümnən bir insan gəler, sürünə-sürünə – odunçu. Deer, burdan gəl. Birini mən yeerəm, birini də sən ye, yazıxsan. Yeənnən sora bu başdıyır, piyalanı hissə-hissə qırmağa. Belə tulluyur. Mələyin biri soruşur ki, niyə belə eliyersən? Deer, burdan keçənnərin əksəryəti kasıflardı. Qoy gələndə oların hərəsinə bəlkə bu qabdan qismət ola, kasıflığın daşın ata. Mələh qayıdır gəler. Deer ki, siz deyin, ya mələhlər, bunun cənnətdih hasıdı? Əlbətdə, meşədəki. O birisi də cəhənnəmdə kürənin qırağındadı yeri.
İNANCLAR
Bir də görörsən, biri deer, soğan əhmerəm. Maa tüşmöör.
Köhnə atın nalını dala çöörüf, asellar onu. Yəni munnan hər şey dala qayıtsın.
Dağdağanı qola bağlıyıllar. Dağdağanda müsbət enerji var. İşdi, göz yetirən olsa, dağdağan onu əks eliyer.
Mən çox qoyun kəsmişəm. Onun döşündə ximirçəh olor, onu kəser tulloyurux. Ödü kəser, tulloyullar.
Keşmişdə fırıldax adamlar da çox oluf. İslam dininnən də isdifadə ediflər. Qoyunda kürəyi soyordular, çıxarderdılar. Çapacağın burnunnan vuror, qırerdılar. O qırılmamışdan qavax götürördülər ki, fala baxeyjam. Ona görə də qəssaf kürəyi çıxardanda çapacaxnan qırer. Deer, munnan əməl eləməsinnər.
Qoyunda – baş-əyaxda, çənənin dalında bir şey olor. Haçalı olanda deerdilər, qız oajax. Pramoy olanda deerdilər, oğlan.
Deellər, gejə vaxdı qoz ağacının altda yatmazdar. Cin vurar. Altında yatan adam dəli olar da.
Mənim qaynatamın dədəsigil atdanellar, yığılellar Kalvayıya gedellər. Yaxşı qızıl, pul götüröllər, yuannıx götüröllər yaxşı atdarnan. Geder, Maşadı Necəfə çatanda kişi xəsdələner – mənim qaynatamın atası. Deer, mən ölüjəm burda. Məni elə bu Kalvayı Necəfdə basdır. Atımı sat, qızılım da budu ha. Bu camahata ehsan ver. Kişiyi basdırellər, ehsan verellər, üş gün də qalellər, gedellər Kalvayıya. Hərrəner, gəlellər. Zavvar gəler qavaxca – xavar verməyə, muşduluxlamağa yiyələrini. Biri deer, hamı gəler, Kalvayı – kişinin elə uşaxlıxdan adı Kalvayıymış, yolda öldü. Dəəndə mənim qaynatamın bajısı Şamba arvad varıdı, o deerdi, Allah, Kalvayısın isdəmerih, özciyəzi gəleydi.
Uşaxlıxdan Kalvayı deerdilər, orda da öldü.
Dostları ilə paylaş: |