Mənim atamgilin özü bura Marnauldan – Borçalıdan gəlifdi. Ordan gələn bavamən adı Asdan oluf. Asdannan da Avdı törüyüf, Avdıdan da Qasım törüyüf, Qasımnan da Məsdan, Allahverdi törüyüf. Dərdin alem sənin, Rusdam törüyüf, Alı törüyüf, daa uje artıf dana. Orda bavam – Asdan kişi qnyazı öldürüf. O, qnyazı öldürənnən sora görüf ki, taa burda yaşamağa qoymujaxlar dana. Ordan sürüsünü çəkif Ceyrançölünnən gəlif. Bozalğannı Kürün qırağında olormuş. Birinci dəfə orya gəliflər. Onnan sorasına ora da xoşuna əlmiyif, bu kənt də yenicə qurulormuş. Gəlif burya. Qaldı bu kəndin quruluşu da, bəylərə qullux eləmiyiflər, gediflər, bu Ağdam yolunda sözdəri çəpdəşif. Deyif, a belə fılan, niyə mənim qadınım sana qulluğ eləsin, özüm də sənin malına qulluğ eliyim. Burda dalaşıflar, diddəşiflər. Təzdənnən indi buları köçə qoymadılar. Bular da ağzını tutuf gəlif, bax bu Cırdaxanın altda məsgən salıfdı. Olar dağdan gələndə tökülüf buları qualiyiflar kı, çıxın bizim torpaxdan. Bizim bavamız da ordan pryamoy burya əlif. Beş qardaş Məsdannan oluf, ikisi də Allahverdidən oluf. Buların heş birinin bajısı olmuyuf. Buların qabağına çöp salan olmuyuf. Çünkü bular birdən-birə qalxıf haa. Bir evdən yeddi oğul qalxmax nə deməhdi? O vaxdı çomax davasıydı, tüfəh davasıydı. Bu kətdə bir tiriyə Fərzallar deyillər, bir tiriyə Məsdannı deyillər, bir tiriyə Qasımlı deyillər, onnan sorasına bax birinə Nöyütdü deyillər. Nöyütdü Zəyəm Cırdaxannan gəlif. Cırdaxandadı yarsı, yarsı da burdadı. Mənim atam tacir oluf, molla oluf. Atam mollalığı Molla Əhməd varıydı burda, ooun atası Mehralı kişiydi. Mehralı kişi, deməli, anası irəhmətə eder, uşax qalıfdı ortada. Bunu isdiyiflər ki, öldürsünnər dana. 20-30 öy varıydı onda. Bunu da götürüf deyiflər, əə, Tamam arvadın döşündə uşax var. Atam da onun əlindeymiş. Aparax görək saxlıyar saxlasın, saxlamaz aparax basırax getsin. Elə deənda arvad qucaxlıyıf görüm yuaş-yuaş içermi? Allah verivsə, oğuldu dana. Mehralı kişi də atamı buraxmıyıf haa! Sora da siğə yazdırıflar. Anabir süd qardaşdılar. Sora buların ikisini də ordan onun atalığı məytəvə qoyuf, burdan da bunun. Bunnan sorasına atamı bu kişi fağır hesav eliyirmiş dəə, cələf uşağimiş. Əə, Qara kişi, get sən bir atımızı alaxla, a Qara kişi, get atımızı təmizdə... Bu da cavan oğlandı, sığışdırmer özünə. Özü söylədiklərini deyirəm haa, canın üçü (üzünü mənə tutur – top.). Bir gərməşoy ağacını hamarrıyır düzəlder, gizdəder. Öyə edən kimi gənə buna deyillər, dur get ata bax gəl. Deyir, Əhməd, gə məni itdən qurtar, gə məni itdan qutar... düz ağacın yanına aparer. Ağacın yanına aparannan sora əlin uzader ağaca, döyüf öldürör orya tulluyur. Onnan sora deyir, atam ölə, anam ölə, isteyersən nə olor olsun, mən o kişinin yanına məytəvə getmərəm. Mehralı kişi də ordan getmer. Deyer, Qara getmersə, mən də getmerəm. Burdan buların ikisini də götüröllər Hajı kişi varıymış, aperer ona təəfil verellər. Təəfil verənnən sorasına buların iksi də bu kişinin evində oxuyollar. Gəncədə də başdarı sarıner, onnan gəlellər. Gələnnən sora da Mehralı kişi də Hajının qızını aler.
II mətn
Bavam Hasanalı, onnan qavaxkı bavam Nəcəfalı. Patavalılar nəslinnənəm. Keşmişdə kişilər bizim kimi balağı açığ gəzmerdilər, irmi santı enniliyində yer xanasında arvatdar toxuyordu, göy xanasında da toxuyordular. Onu çovannar qıçasına bağlıyerdı, qoluna bağlıyerdı ki, kəlin aparmasın, yooşan aparmasın qılçalarının paltarını. Bax ona patava deerdilər. Biz indi, vayennidə də olur, dolax deerih.