Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə124/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   120   121   122   123   124   125   126   127   128
YAS ADƏTLƏRİ

I mətn

Ölü apranda baş tərəf getməlidi. Gedəndə də, yerə qoanda da yönü qiv­lə­yə qoyulmalıdı. Qıvla Məkgədi – Məkgə də cənufdadı. İnsan yatanda yönü qıv­laya yatmalıdı. Qavırsannıxda da qıvlıyı təyin eliyillər. Qavırsannığa edəndə qa­pıyı kim açıfsa, o da örtör. Ölü bir gejə öyündə qonax qalanda ömrün uzun ya­şa­mış hesav olunor. Yasda verilən yeməh ölü yerinə gələn adamlara hörmət üçün­dü. Onun ölüyə nə xeyri var, ölü quru ağaşdı.



Kətdə bir gündə iki ölü tüşüfsə, ikisi də bir gündə basdırılmer. Biri sa­vaxsı dəfn olunor. Ölünün 40-ı başqa yerrərdəki kimi torpağa qoyulannan yox, ölən günnən hesaflaner. Touzda indi-indi cənazə namazı qılıner. Qavaxlar qı­lım­merdi.


II mətn

Ölünün üsdünə salınan ipəyə güzgü, qayçı, ya piçax, pişqa qoyulor. Ölü yüyülən yerdə çıra yaner. Üş günətən paltarrarı, barxanası yüyülməlidi. Yü­yül­məsə, ölü narahat olor, yuxuya girer. Qırxına kimi paltarrar paylaner. Kişidisə, papağı öyün damına tulluyullar. Üş gün öy süpürməzdər.


SÖYLƏYİCİLƏR
Mahizər İsrafil qızı Məstanova, 1953-cü il təvəllüdlü, müəllim. Bozalqanlı kəndində doğulub, Abulbəyli kəndinə ərə gəlib.

Həsənova Qaratel Hümbət qızı, 1926-cı təvəllüdlü, təqaüdçü. Abulbəyli kəndinə Xatınlı kəndindən gəlib.

Əliyeva Həmayə Vəli qızı, 1946-cı il təvəllüdlü. Cırdaxan kəndində doğulub, Abulbəyli kəndinə ərə gəlib.

Məmmədova Zəhra Mansır qızı, 1931-ci il təvəllüdlü, orta təhsilli, təqaüdçü. Bozalqanlı kəndi.

Qasımov Nəsir Qara oğlu, 1930-cu il təvəllüdlü, orta təhsilli, təqaüdçü. Cəlilli kəndi.

Həsənov Əsgər Nəcəf oğlu, 1926-cı il təvəllüdlü, orta təhsillidir. İki illik arıçılıq oxumuşdur. Bozalqanlı kəndi.




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin