Termin səciyyəli sözlər. Bu cür sözlər müəyyən bir dövrü əks etdirir.
Xam torpağı yarıb çörək bitirən,
Kotanın ağzında əkər olaydım (1, 141).
Həvva şal toxudu, Adəm cüt əkdi (1, 159).
Əkinçi atama mən oldum hodaq (1, 155).
Frazeologizmlər. Aşığın istifadə etdiyi frazeologizmlər ustalıqla işlənərək dinləyəni heyrətləndirir:
Çəkilib sinəmə dəmir şiş dağı (1, 71);
Dələrsən bağrımı şan-şan elərsən (1, 78);
Yazısız dastanlar gələmməz kara (1, 157);
Yaranmış məxluqa içirdirmiş qan(1, 175);
Söz batmaz beyninə hər ağlı azın(1, 181).
Frazeoloji çoxmənalılıq:
Onu görən keçər külli varından,
Əl götürər bağçasından, barından ( 1, 58).
Hara getsən, əl çəkmərəm izindən (1, 246).
Frazeoloji sinonimlik:
Qəlbim qana döndü, dönüb baxanda (1, 43);
Qəlbim zədələnir belə kədərdən (1, 42).
Dostları ilə paylaş: |