Bu məqalədə Xalq yazıçısı Əzizə Cəfərzadənin bədii yaradıcılığında Azərbaycanın folklor janrı olan bayatıdan istifadənin müxtəlif məsələlərindən bəhs edilir. Ə.Cəfərzadənin öz yaradıcılığında bayatılara yer verməsinin bir səbəbi də onun öz folklorşünaslıq fəaliyyətində bayatıların toplanması və tədqiqinə verdiyi dəyərlə bağlıdır. Yazıçı-alim bayatı dünyasından heç vaxt ayrı düşmədi. Bayatı onun üçün həm elmi, həm də bədii yaradıcılığında estetik qida mənbəyi və əlavə yaradıcılıq potensialı olaraq qaldı.