Azərbaycan şifahi xalq ədəbiyyatına


Birincisi, bayatılar Azərbaycan poetik mənəviyyatının ən qədim janrların­dandır



Yüklə 1,18 Mb.
səhifə82/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   78   79   80   81   82   83   84   85   ...   128
Birincisi, bayatılar Azərbaycan poetik mənəviyyatının ən qədim janrların­dandır.

Əziz Mirəhmədov yazır ki, bayatıların nə zamandan yaranmağa başladığı məlum deyildir (9, 24).



İkincisi, bayatılar ən geniş yayılmış janrlardandır.

Professor Paşa Əfəndiyev yazır ki, bayatı şifahi xalq ədəbiyyatımızın ən çox yayılmış janrlarından biridir. Bunlar çox dərin mənalı, fəlsəfi, əxlaqi, ictimai fikirlər ifadə edən qısa, yığcam, lirik parçalardır. Bayatı yaratmaq asan deyildir. Çünki dördcə misrada bədii və təsirli şəkildə tamamlanmış bir fikir ifadə etmək tələb olunur. Bayatı ən çox hisslə, həyəcanla, insanların daxili iztirabları ilə əlaqədar yaranır:

Dərya ollam, bulannam,

Sucaq ollam, sulannam,

Sağ gözüm sənə qurban,

Sol gözümlə dolannam.

Məgər bu kiçik şer parçasında ömrünü, səadətini, varlığını, həyatını öv­la­dı­nın yolunda fəda edən bir ananın geniş qəlbinin döyüntüləri eşidilmirmi? (6, 145).



Üçüncüsü, bayatı poetik ruhu musiqi ilə bağlı olan janrdır.

Alim Vaqif Vəliyev yazır ki, Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün ən geniş yayılmış janrlarından biri bayatılardır. Bayatı Azərbaycan folklorunun qədim janrlarındandır. Xalq həyatının bütün sahələrini özündə əks etdirən, oynaq, dərin məzmunlu, yüksək fəlsəfi fikirlərlə dolu olan bu lirik şerlərdən şifahi ədəbiyyatla yanaşı, yazılı ədəbiyyatda da istifadə edilir. Bayatı­ların belə geniş yayılmasına əsas səbəblərdən biri onun musiqi ilə bağlı olma­sıdır. İnsanlar toylarda, iş zamanı, beşik başında, bu və ya başqa bir münasibətlə öz daxili həyəcanlarını ifadə etmək üçün bayatıya müraciət etmiş və onu kövrək bir havacatla oxumuşlar. Məhz buna görə də folklorumuzun başqa janrlarına nisbətən bayatı daha geniş yayılmışdır. Bayatılar bütün türk dilli xalqların şifahi və yazılı ədəbiyyatında özünə layiqli yer tutmuş, qədim tarixə malik olan poeziya nümunələridir (12, 122-123).




Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin