Ə.Cəfərzadə romanlarında təhkiyəyə əlavə olunan bayatıların müəyyən bir hissəsi əlavə emosional ovqatı ifadə etməkdən başqa, bəzən sərbəst mətnin süjet, hadisəsinə də qoşulur. Yəni uyğun hadisə, proseslər obrazlar arasında deyişmə-bayatıya köçürülməklə əlavə nəqlə ehtiyac duyulmur. “Eldən-elə” romanında Altıntellinin harayına çatan rəfiqəsi Aybikə onu qucaqlayıb oxuyur:
Dəvə gəlir kallahı
Ovsarın al kəllahı.,
Sən dayan, dur yerində,
Mən çağırım Allahı,! (2, 194).
Altıntelli dərdinə şərik olmağa çalışan rəfiqəsinə elə bayatı dililə də cavab verir: