Ağaverdi XƏLİL
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor İnstitutu
aqaverdi@ya.ru
OĞUZ EPOSUNDA QƏHRƏMANIN MÖCÜZƏLİ
DOĞULUŞU MOTİVİ VƏ ONUN RITUAL ƏSASI
Xülasə
Məqalədə oğuz eposunda qəhrəmanın möcüzəli doğuluşu motivi tipoloji kontekstdə araşdırılmışdır. Eposda əksini tapan doğuluş motivi əsasən iki istiqamətdə-normal və möcüzəli doğuluş kimi təhlilə cəlb edilir. Oğuz eposunda qəhrəmanın doğuluşu motivi fərqli xüsusiyyətlər(qəhrəmanın doğuluşu, onun atının doğuluşu motivi ilə paralel və ya əvəzlənmiş şəkildə verilir) nümayiş etdirir. Oğuz eposunun qəhrəmanları sehirli vasitələrlə, alma ilə, alqışla (dua) doğula bilirlər. A.Aarnenin cədvəlində 707 saylı süjet tipinin əsas göstərici kimi seçilən möcüzəli doğuluş tipoloji baxımdan və ritual kontekstində aydınlaşdırılmışdır.
Açar sözlər: Oğuz, epos, qəhrəman, möcüzəli doğuluş, 707, süjet, motiv, ritual.
Dostları ilə paylaş: |