Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə108/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   104   105   106   107   108   109   110   111   ...   128
HAL

I mətn

Mənim nənəm irəhmətdih söhbət eliyirdi ki, səkgiz yaşında qız uşağı iydim. Bullar Kürün o tayında yaşıyıllarmış. Alt yanımız meşəlihdi, deer, ye­mi­şənnih iydi. Bir arvat varıdı. Maa dedi, gedəh yemişən yığax. Yemişən yığmağa gedəndə gördüm, bu uxarı çıxdı – ağacın başına. Mən divində qaldım. Bu qırer tullor, mən də dənnerəm. Bir də ördüm, şıkqıltı gəler. Dedim, bu nə şıkqıltıdı? Dedi, ağrın alem, sən işinnən ol. Mallardı, buralarda otdeellər. Bir də baxanda ördüm, iki metrə hündüründə, döş də belə sallaner. Çiyninnən atıfdı belə. Eləsi də var, dizinə dəyer. “Gəldilər!” – dedim, qaşdım. Öyə girən kimi yıxıldım. Su töhdülər, məni ayıltdılar. Dedilər, ağız, nooldu saa? Dedim, bir şey gördüm, qaş­dım. Töküldülər, getdilər. Gördülər arvat da yıxılıf – ağacın divindədi. Munu ayıltdılar. Dedi, dört-beş nəfər gəldi, məni ağaşdan tüşürdülər. Dedilər, döşü əmeyjəhsən. Mən əmmədihcə döy­dülər məni, güjnən ağzıma sağdılar. Məəm də ağlım başımnan getdi. Halıymış.
II mətn

Kişinin biri birqədir iymiş. Arxın üsdünnən addıyıv öylərinə gəlermiş. Gö­rör ki, ağız, arxın içində bir ağ geyimli arvad əlində nejə bir şey var. Munu suya çəker. Sən demə, arvadın uşağı olanda munun ciyarını gətirif suya çəker. Adam adama deyer e, bıy ciyarın suya çəkilsin. Kişi məhətdəl qaler. İrəli ye­ri­yir. Yü­yürəndə görör, filankəsin öyündə tufan qopuf. Uşağı olan arvadın ciyarın gətirif suya çəkir. Hal aparıf. Onnan soora molla gətirellər. Oxuyullar, arvat di­ri­ler.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin