Azərbaycan şifahi xalq ədəbiyyatına



Yüklə 1,18 Mb.
səhifə109/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   105   106   107   108   109   110   111   112   ...   128
CİN

I mətn

Sona addı arvat varımış. Onda da doxdur hardaymış, qadınnarın uşağını tuta. Hadıxçı uşağı tutor. Yatdıgı yerdə arvat görör ki, munu gəlif çağırellar. “Ha, nədi?” – dəəndə, deer, ay Sona xala, bir dur. Duranda örör, bunnar ayrı cür adamdı. Ay bala, kimsiniz, nəçisiniz? Deer, hər kimik, gəlnimizin uşağı oluf. Səni aparajeyıx. Oğlu oldu, səni qızıla bəliyif gətirif burya qoyjuyux. Qızı oldu, onda bil ki, səni boğuv öldüröyjüh. Deer, vay mən öldüm. Sən demə, bu cin­nə­riymiş – cin dəsiymiş. Arvat deer, Allah, mən nağeyrim? Arvadın bir də yadına tüşör kü, bıy, məəm jiletimin civində mum var. Balın mumunnan qayırerlarmış. Köhnə vaxdı onnan şey qayırerlarmış. Duror, mumun elə topunu götürör, cibinə qoyor, geder. Gedəndə örör, hə, gəlinin hayındadılar. Doğulanda ördüh, qızdı. Mumu belə vəzdədim, deer, muna yapışdırdım. Ağız, oğlandı, oğlandı. Hə, ar­va­da nə vilim, əllərinə ələnnən, qollarına ələnnən verellər. Biri deer, ağız, fi­lan­kə­sin ələyi unun üsdədi. Gedin, bir qırnıx un ələyin, gətirin. Məni kimisiin birinin ələyi unun üsdə qalıf dana. Un apartdırellar. Ağız, filankəsin qarnı dolu yağdı – qucağındadı. Edin, yağ da ətirin. Burda deer, bir qazan halva çaldılar – yeməh, içməh. İndi deer, elə hiss eliyirəm, qurdalıyıv onu qopardajaxlar. Görüm qaça bilerəmmi? Arvadı durollar, gətirellər, öyünə qoollar, gedellər. Deellər, Allah, odu. Arvat deer, mən durom harya qaçem, dalımnan gələllər bullar. Duror, üsdə iynədən, sancaxdan sancer ki, mana yaxın gələn olmasın.


II mətn

Bir Xanəhməd ağacı varıdı kəndin əyağında. Köhnə ağaşdı, Niqalay vax­dının ağacı. Xanəhməd kişi varıymış. Munun ağacıymış bu ağac – cöyüz ağacı. Bööh ağaşdı, neçə yüz yaşı var. Munun bu tərəfində kişinin öyü varımış. Munun arvatdarı günüz yığılellarmış köməhçili, xana toxuyullarmış, gəviyi to­xu­yul­lar­mış. Elə ki, gün yaxanda durollar, dağılellar dana, öyə. Öy yəəsi öyündə qaler. Bu əməlöməcilər geder. Durollar, qucaxlarına otdan, tənəhdən, çırpıdan, aladan-uladan yığer, gətirellərmiş. Bular gedənnən soora oturollarmış mahnı çala-çala bu cinnər xanıyı toxutdurollarmış. Bulların toxumağının üsdündə. Bir belə, beş belə. Gündüz olanda da gəlellər, göröllər nə... Sökör, tököllər. Belə-belə kişi zinhar olor. Deyer, ağız, mana güjdü odun yığın burya. Axşam olanda ojax qa­leyjam olar gələndə. Gözdüyjəm. Bir də göröllər, qucağı çırpılı gəlellər mahnı oxuya-oxuya. Cərgələnəndə nöyüt tököf tonqalı baser. Kösöyü əlinə aler, bul­la­rın dalınnan döşəner. Biri oturanda bir yaman muncuğu var imiş. Belə muncuğu çıxarder, xanadan aser. Cin gəlinin. Asanda deer ki, qıreyjam, oddojam sizi. Dağlıyır buları. Bir əz anrı gedəndə gəlin ordan çağırer ki, ay Xanəhməd, ay Xanəhməd, xanada qaldı muncuğum, ay Xanəhməd. Yandı dilim, d...m, ay Xanəhməd! Kişi gəlif baxanda örör, bir eylə muncuxdu ki, bax bu yekəlihdə, asılı qalıf xanada.
Cin havası

Telli Əsədin qardaşı Aşıx Alas iydi. Aşıx Hüsöynün birinci şəyirdi Aşıx Alas olmuşdu. O, zurna da çalmağı başarerdı. Deerdilər, Alas, bir zurna da çal. Bir hava çalerdı, deerdi, bu, cin havasıdı. Deerdilər, munu hardan örgəndin? Deer, Ceyran çölünə ederdim, bir də ördüm dört yanımı adam kəsdi. Məni gö­türdülər. Apardılar o birsi dərəyə. Maa təzəhdən-zaddan qoydular ki, yiginən. Yimədim, döydülər. Amma zurna çalellar bullar. Haveyı da olardan örgəndim.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin