ƏRDOV
I mətn
Həsən dayının yatağının qavaana tökülmüşdüh. Bir də bu ağzı əyri Əhmədalı varıdı, onun arvadı Reyzə varıdı, bajısı varıydı, burdoydu. Bu duror, yarnoul-yarnoul dərələr varıdı yanımızda. Orya suun üsdə-zada geder, gəler. Gedəndə görör iki dəs libasdı arvad oturor. Biri ağ geyimli, biri qara. Bir dəs anrıda oturor, bir dəs bəridə. Burda ağlaşma ağlıyıllar. Qız elə belə baxer görör kü, bular burda geyimli-kejimli ağlaşellar. Bir də bəri üzə çıxanda çığırdı. Özümüz də eşiderih. Görörüh qızı. Qız çığırdığınnan yıxıldığı bir oldu. Heşnə yoxdu, qız özünnən gedif. Qızı gətidilər biniyə, öyə. Uzandırdılar, sudan-seldən töhdülər, qızı ayıltdılar. Ayılanda dedilər, ağız, niyə helə eliyersən? Dedi ki, getmiyin o tərəfə. İki dəs arvad oturuf orda. Biri ağ geyimli, biri qara. Məni görəndə çırpındılar ayağa qalxdılar ki, gəl bizim yanımıza. Mən də çığırdım, güjnən-güjə bəri çıxdım.
O vaxlar olordu belə şeylər. Deerdilər, gedəndə görörüh filan dərədə toy çalıner. Oynaşellar. Ağaca qoyma deef aterdıx, dağılerdılar, yoxa çəkilerdilər. Ollara Ardoy deerdilər. Variymiş helə əyamlar.
II mətn
Bir kişi Öysüzdünün yolunnan – Aldədənin yanındakı yolnan atdı gedermiş. Bir də qavırsannıx var, çayın içinnən geder – Öysüzdü qavırsannığı. Görör, bir adam bunu bərk çağırer. Deer, ay qardaş, əylən, məni də götür atının tərkinə. Belə baxanda örör, bir kişi xaylağıdı. Deer ki, noolar. Götürör. Adamdı dana. Bunu tərkinə götürəndə bu, əlini uzadıf kişinin boynun oxalıyır – götürdüyü adam. Deer ki, nə gəzersən? Deer, yaman tutmuşam səni. Deer, nə işə? Deer, götürör munu tulluyuv, atı səyirdif. Deer, a kişi, get, anan namaz üsdə doğdu səni.
Sən demə, tərkinə götürdüyü Ardoyuymuş dana.
Dostları ilə paylaş: |