OĞRULAR HAQQINDA
Üç il çovan olmuşam. Cilovdarrı kəndində bir nəfər adam varıdı. Möcüzəli oğruydu. Bullar iki nəfər adam oluflar. Gediflər, köç Əsgər tərəfdən oğurruğ eləməyə. Bullar nəsə götürüflər çiyinnərində ətiməyə. Bu Mülkülüdən də biri varıydı, lap üsdün oğruymuş. Bu oğru biler ki, bullar gediflər. Duror ollar gələn yolun ağzında. Görör ağırrıx baş oğrunun çiynindədi. Deyer, ver, mən də götürüm. Dəən, çiynini ağrıtdı. Munun çiyninnən aler, gedellər. Bir kərə dəyananda deer, ə, nağardın? Baxanda örör, bu Mülkülüdən filankəsdi. Deer, bə sən bəyaxdan bilmerdinmi?
BAYATILAR
Çay mənim, çeşmə mənim,
Çayımnan keşmə mənim.
Mən bir lal quşam, ağız,
Yaralarım deşmə mənim.
Yaşıldı başın, ördəh,
Qələmdi qaşın, ördəh.
Həməşə cüt gəzerdin,
Hanı yoldaşın, ördəh?
O toydan ələm gəler,
Civində qələm gəler.
Oğlan, özün yaxşısan,
Anannan zəhləm geder.
Mən öldüm ağlamaxdan,
Ağa göy bağlamaxdan.
Ağız, bağçada xəzəl qalmadı,
Bax bu yarama bağlamaxdan.
Dostları ilə paylaş: |